Misirdə qədim məbədin altında gizli otaqlar aşkar edildi

Misirin Luksor şəhərində arxeoloqlar yeni qazıntılar zamanı qədim məbədin altında gizli otaqlar tapıblar. Fortunamag.az ” National Geographic “a istinadən xəbər verir ki, bu otaqların eramızdan əvvəl 3-cü əsrə aid olduğu güman edilir. Divarlarda hələ də parlaq qalan rəsmlər və yazılar mövcuddur. Qazıntılar zamanı həmçinin müxtəlif dini ayinlərdə istifadə olunmuş əşyalar aşkarlanıb. Alimlərin fikrincə, bu otaqlar qədim rahiblərin gizli görüşləri üçün istifadə edilib. Tapıntılar qədim Misir dini ritualları haqqında yeni bilgilər verə bilər. Qazıntılara rəhbərlik edən professor bunu “XXI əsrin ən vacib misirşünaslıq kəşfi” adlandırıb. Hazırda otaqların tam xəritələndirilməsi və 3D skan edilməsi prosesi gedir. Bu tapıntı turizm baxımından da Misir üçün böyük önəm kəsb edir.
Fortunamag.az