• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
FORTUNA Magazine
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
FORTUNA Magazine
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Tale simfoniyası

Minlərlə kişinin ayaqda alqışladığı qadın: Madam Küri

10.11.2025
Tale simfoniyası, Xəbərlər
Minlərlə kişinin ayaqda alqışladığı qadın: Madam Küri
Share on FacebookShare on Twitter

Dünya elmini və qadın azadlığını bərabər ölçüdə dəyişən Madam Küridən söhbət açacağıq.

Fortunamag.az bildirir ki, kişilərin hökm sürdüyü bir dünyada elmin təməl daşlarından birinə çevrilməsi ilə tarixə düşdü. Halbuki onun uğursuzluğuna bəraət qazandıra biləcək onlarla səbəb vardı. Amma o, bəhanələrə sığınmadı. Həyatın sərt axarına qarşı dayanaraq, elmin sehrli dünyasında öz layiqli yerini qazandı.

1867-ci ildə Polşada müəllim ailəsində doğulan Mari elm mühitində böyüdü. Atası fizika və riyaziyyat, anası isə məktəb rəhbəri idi. Evdəki “fənn cihazları dolabı” onun ən sevdiyi oyun yeri idi. Uşaqlıqdan təbiətin sirlərinə maraq göstərən Mari hər yeni kəşflə içindəki işığı bir az da alovlandırırdı.

Parisə gedəndə cibində çox az pulu, amma sonsuz elm arzusu vardı. Çətinliklərə baxmayaraq, Sorbon Universitetində parladı. Elə orada da həyat yoldaşı və elmi sirdaşı olacaq Pyer Küri ilə tanış oldu. 1895-ci ildə evləndilər. Artıq tarixdə yeni bir ad doğulurdu…Madam Küri.

1895-ci ildə Rentgen X-şüalarını, Bekkerel isə uran duzlarının sirli işıqlarını kəşf etdi. Amma bu zəncirin itkin halqasını tapmaq Madam Küriyə qismət oldu. 1897-dən araşdırmalarına başlayan alim, toryumun da eyni işıqları yaydığını müəyyənləşdirdi. Nəhayət əri ilə birlikdə radyum və polonyum elementlərini kəşf etdilər. Polonyuma doğma vətəninə hörmət əlaməti olaraq belə ad qoymuşdu.

Bu kəşflər sayəsində 1903-cü ildə doktorluq dərəcəsini aldı və Fransada elm üzrə doktor olan ilk qadın kimi tarixə keçdi. Elə həmin il əri və Bekkerellə birlikdə Nobel Fizika Mükafatı qazandı.

Həyat hər zaman mərhəmətli olmur. Radyasiyanın zərərini hələ heç kim bilmirdi. Onlar gecə-gündüz laboratoriyada çalışır, amma bədənləri tədricən zəhərlənirdi.

1906-cı ildə Pyer Küri faciəvi şəkildə avtomobil qəzasında həlak oldu. Marie iki uşağı ilə tək qaldı. Amma sınmadı. O, ərinin yerinə Sorbon Universitetində dərs deməyə başladı və universitetin ilk qadın professoru oldu.

Radiasiya bədənini yavaş-yavaş zəiflətsə də, o, ruhundan güc aldı. 1911-ci ildə ikinci dəfə Nobel Kimya Mükafatına layiq görüldü. Beləcə, iki Nobel qazanan ilk insan oldu.

1914-cü ildə Parisdə Radyum İnstitutunun rəhbəri təyin edildi. Birinci Dünya Müharibəsi illərində tibb məqsədi ilə X-şüaları texnologiyasını inkişaf etdirdi, yüzlərlə həkim və tibb bacısına bu cihazları öyrətdi.

Amma bu fədakarlığın dəyəri ağır idi — illərlə radiasiyaya məruz qalması bədənini içdən zəhərlədi. 1934-cü ildə dünyasını dəyişdi. Lakin ardında tükənməz bir işıq buraxdı.

Onun adı indi “küri terapiyası” (curiothérapie) kimi tibbi anlayışlara, radyum kimi möcüzəvi elementlərə, elm kimi əbədiyyətə yazılıb.

Madam Küri yalnız bir alim deyil, iradənin, inancın və təvazökarlığın simvolu idi.

Fortunamag.az

 

 

 

Sağ Banner
FORTUNA Magazine

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.