• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İdman

Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş turnir keçirilib

25.12.2025
İdman, Xəbərlər
Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş turnir keçirilib
Share on FacebookShare on Twitter

Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsinə həsr olunmuş region universitetləri arasında voleybol turniri keçirilib.

Fortunamag.az xəbər verir ki, tədbirdə iştirak edən Milli Qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımov ailə üzvləri adından göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirib. O, Natiq Qasımovun göstərdiyi şücaətin və onun keçdiyi şərəfli döyüş yolunun bu gün gənclər tərəfindən uca tutulmasının qürurverici olduğunu vurğulayıb. Nofəl Qasımov idmançılara müraciət edərək, onlara hər zaman Natiq kimi mətin və yenilməz olmağı tövsiyə edib.

Birincilik uğrunda mübarizədə Mingəçevir Dövlət Universiteti, UNEC-in Zaqatala filialı, Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinin voleybol komandaları qarşılaşıblar. Turnirin yekun nəticəsinə əsasən, Gəncə Dövlət Universitetinin komandası I yerə, Mingəçevir Dövlət Universitetinin komandası II yerə, UNEC-in Zaqatala filialının komandası III yerə, Azərbaycan Texnologiya Universitetinin komandası isə IV yerə sahibi olub. Qalib komandalara və fərqlənən idmançılara müvafiq dərəcəli medal və diplomlar təqdim edilib.

Fortunamag.az

 

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.