• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Milli Məclisin sədri Sahibə Qafarova PAİ-nin baş katibi ilə görüşüb

20.10.2025
SİYASƏT, Xəbərlər
Milli Məclisin sədri Sahibə Qafarova PAİ-nin baş katibi ilə görüşüb
Share on FacebookShare on Twitter

İsveçrə Konfederasiyasının Cenevrə şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyası çərçivəsində təşkilatın baş katibi Martin Çunqonq ilə görüşüb.

Fortunamag.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Milli Məclisi ilə Parlamentlərarası İttifaq arasında mövcud və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. Tərəflər bundan əvvəlki görüşləri məmnunluqla xatırlayaraq, bu kimi təmasların təşkilat və ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd ediblər.

Söhbət zamanı, bu kimi tədbirlərin mühüm beynəlxalq məsələlərin müzakirəsi baxımından vacib və əlverişli platforma olduğu qeyd edilib, PAİ-nin təşkilata üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsindəki mühüm rolu vurğulanıb.

Görüşdə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti də təqdir olunaraq, Azərbaycan Milli Məclisinin sədrliyi ilə təşkilatın institusional inkişafı və beynəlxalq nüfuzunun artması istiqamətində əldə olunan nailiyyətlər yüksək qiymətləndirilib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.