• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığı Deputatlar Konqresinin sədri ilə görüşüb

02.10.2025
SİYASƏT, Xəbərlər
Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığı Deputatlar Konqresinin sədri ilə görüşüb
Share on FacebookShare on Twitter

Milli Məclisin sədri Sahibə Qafarova Keyptaun şəhərində “Böyük iyirmilik” ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammiti çərçivəsində İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol ilə görüşüb.

Fortunamag.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, Milli Məclisin sədri özünün bu ilin mayında İspaniyaya ilk rəsmi səfərini və Deputatlar Konqresinin sədri ilə görüşünü xatırlayaraq, qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı imkanlar yaratdığını, bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin inkişafına töhfəsini qeyd edib.

Söhbət zamanı qanunvericilik orqanlarımız arasında münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin parlament nümayəndə heyətləri arasında təmasların əlaqələrimizə müsbət töhfə verə biləcəyi qeyd edilib.

Spiker Sahibə Qafarova regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında sülh prosesi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verib. Deputatlar Konqresinin sədri Fransina Armenqol Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması münasibətilə təbrik edərək, İspaniyanın regionda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində atılan addımları dəstəklədiyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.