• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Milli Məclisin Regional məsələlər komitəsinin 2026-cı ilin yaz sessiyasının ilk iclası keçirilib

16.01.2026
Xəbərlər
Milli Məclisin Regional məsələlər komitəsinin 2026-cı ilin yaz sessiyasının ilk iclası keçirilib
Share on FacebookShare on Twitter

Yanvarın 16-da Milli Məclisin Regional məsələlər komitəsinin 2026-cı ilin yaz sessiyasının ilk iclası keçirilib. İclası açan komitə sədri Siyavuş Novruzov sessiyasında başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və onlara növbəti sessiyada uğurlar arzulayıb.

Fortunamag.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, komitə sədri, ilk növbədə, ötən il dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi, siyasi, logistika, sosial, ordu quruculuğu və tikinti sahələrində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı işlərdən bəhs edib, dövlətimizin beynəlxalq arenada daha da artan nüfuzunu vurğulayıb.

Daha sonra gündəliyə daxil olan məsələlər – 2025-ci ilin payız sessiyası dövründə Regional məsələlər komitəsində görülən işlər barədə hesabat və  komitənin 2026-cı ilin yaz  sessiyası üçün iş planının layihəsi təqdim edilib.

Bildirilib ki, 2025-ci ilin payız sessiyası ərzində Regional məsələlər komitəsinin 7 iclası keçirilib, müvafiq komitələrlə birlikdə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub. O, sessiya müddətində komitənin müvafiq dövlət orqanları və Milli Məclis Aparatının müvafiq şöbələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində səmərəli fəaliyyət göstərdiyini qeyd edib.

Məlumat verilib ki, ötən sessiya dövründə ümumilikdə komitəyə vətəndaşlardan 1267 müraciət daxil olub, bunlardan bir qisminin icrası təmin edilib, digər qismi isə baxılması üçün aidiyyəti orqanlara göndərilib. Komitə sədri bildirib ki, seçicilərlə Milli Məclisdə və yerlərdə qəbullar keçirilib, müraciətlər dinlənilib və zəruri izahatlar verilib.

Regional məsələlər komitəsinin 2026-cı ilin yaz sessiyası üçün iş planı layihəsi  barədə məlumat verən Siyavuş Novruzov qeyd edib ki, gələn sessiyada qanunvericilik təşəbbüsü əsasında təqdim olunan qanun layihələri müzakirə olunacaq, vətəndaşlarla mütəmadi görüşlər təşkil ediləcək və aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq davam etdiriləcək.

Müzakirələr zamanı Regional məsələlər komitəsinin üzvləri Aydın Mirzəzadə, Vasif Qafarov, Elman Məmmədov, Arzuxan Əlizadə, Kamran Bayramov, Elşən Musayev, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov və  ABMA-nın “Bələdiyyələrin Rəqəmsallaşma və İnnovasiya Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin direktoru Adil Əhmədov çıxış edərək məsələlərlə bağlı fikirlərini söyləyiblər, təkliflərini irəli sürüblər.

Tədbirdə  komitənin 2025-ci ilin payız sessiyasında gördüyü işlər məqbul hesab olunub, 2026-cı ilin yaz sessiyası üçün nəzərdə tutulan iş planının layihəsi təsdiqlənib.

İclasda Regional məsələlər komitəsinin sədr müavini Nurlan Həsənov, üzvləri Məzahir Əfəndiyev, Xanlar Fətiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.