Milli Məclisin plenar iclasında 2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
Noyabrın 19-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2025-ci ilin payız sessiyasında növbəti plenar iclası keçirilib.
Fortunamag.az xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.
Milli Məclisin sədri Sahibə Qafarova iclasın gündəliyinə 8 məsələnin daxil edildiyini deyib. Bildirib ki, onlardan 6-sı “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan sənədlərdir.
Fortunamag.az
