• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib

19.01.2026
SİYASƏT, Xəbərlər
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib
Share on FacebookShare on Twitter

Yanvarın 19-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Əli Hüseynli komitə üzvlərinə qarşıdakı sessiyadakı fəaliyyətlərində uğurlar arzulayıb.

Fortunamag.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki,  komitə sədri bildirib ki, iclasın gündəliyinə ümumilikdə 5 məsələ daxil edilib. Bunlara ötən payız sessiyası dövründə görülmüş işlər barədə hesabat, qarşıdakı yaz sessiyası üçün iş planı, həmçinin 3 qanun layihəsinin müzakirəsi daxildir.

Əli Hüseynli 2025-ci ilin payız sessiyası ərzində rəhbərlik etdiyi komitənin fəaliyyəti ilə bağlı hesabatı təqdim edərək qeyd edib ki, həmin dövrdə komitə tərəfindən bir sıra mühüm qanunvericilik aktları müzakirə olunaraq Milli Məclisdə qəbul edilib. Bununla yanaşı, komitə üzvləri “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak ediblər, Azərbaycan dövlətçiliyinin inkişafı, suverenliyimizin daha da möhkəmləndirilməsi istiqamətində ictimai-siyasi həyatda aktiv mövqe nümayiş etdiriblər.

Komitə sədri 2026-cı ilin yaz sessiyası üçün hazırlanmış iş planı haqqında məlumat verərkən bildirib ki, sessiya dövründə qanunvericilik təşəbbüsü qaydasında təqdim ediləcək yeni qanun layihələrinə, eləcə də mövcud qanunlara dəyişikliklərin edilməsi barədə qanunvericilik aktlarına baxılması nəzərdə tutulur.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2025-ci ilin payız sessiyası dövründə gördüyü işlər barədə hesabat qənaətbəxş hesab olunub, 2026-cı ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.

Sonra iclasda gündəlikdəki qanun layihələrinin müzakirəsi keçirilib.

Əli Hüseynli “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirib ki, dəyişikliklər yol hərəkəti qaydalarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Belə ki, layihədə “avtomagistral” anlayışı yeni, daha dəqiq və təkmil redaksiyada verilir və ödənişli avtomagistrallarda sürət həddinin tənzimlənməsi təklif olunur. Komitə sədri ödənişli avtomagistrallarda yüksək sürət həddinin saatda 130 kilometr müəyyən edilməsini insanların həyat və sağlamlığının qorunması, yol hərəkətinin təhlükəsizliyinin təmin olunması baxımından balanslaşdırılmış və əsaslandırılmış hədd kimi xarakterizə edib.

Gömrük Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi  (birinci oxunuş) ilə bağlı bildirilib ki, komitə layihənin İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərə rəy verəcək. Diqqətə çatdırılıb ki, bu dəyişikliklər emal edilməmiş almazın idxalı və ixracı ilə bağlı  qanunvericiliyin tələblərinin pozulması hallarına görə inzibati məsuliyyətin müəyyən olunmasını nəzərdə tutur.

Gündəliyin sonuncu məsələsi olan “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) müzakirə edilərkən bildirilib ki, layihəyə əsasən, asbest və tərkibində asbest olan materiallar mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısına daxil edilir

Müzakirələrin yekununda gündəlikdə olan qanun layihələrinin hər biri baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda komitə sədrinin müavini Elşən Musayev, komitə üzvləri Kamran Bayramov, Kamal Cəfərov, Sabir Hacıyev, Nurlan Həsənov, Azay Quliyev, Mübariz Qurbanlı, Erkin Qədirli, Bəhruz Məhərrəmov, Nizami Səfərov və digər rəsmi şəxslər iştirak ediblər.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.