• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
FORTUNA Magazine
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
FORTUNA Magazine
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Milli Məclisdə Tacikistan parlament nümayəndə heyəti ilə görüş keçirilib

30.10.2025
SİYASƏT, Xəbərlər
Milli Məclisdə Tacikistan parlament nümayəndə heyəti ilə görüş keçirilib
Share on FacebookShare on Twitter

Oktyabrın 30-da Milli Məclisin deputatı, Tacikistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının Azərbaycanla dostluq və əməkdaşlıq qrupunun rəhbəri Azizzoda Qayratın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fortunamag.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, Aydın Mirzəzadə konfransda iştiraklarına görə qonaqlara təşəkkürünü bildirərək Tacikistan və Azərbaycan arasında tarixən formalaşmış dostluq və qardaşlıq münasibətlərinin bu gün parlamentlərarası müstəvidə də uğurla davam etdirildiyini söyləyib.

Bildirilib ki, dövlət başçılarımızın mütəmadi rəsmi səfərləri iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə xüsusi töhfə verir. Bu səfərlər siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişafına stimul yaradır və Azərbaycan-Tacikistan əlaqələrinin daha da genişlənməsinə imkan açır.

Görüşdə  Azizzoda Qayrat  Milli Məclisdə  keçirilən tədbirin yüksək səviyyədə və səmərəli təşkil olunduğunu söyləyib. O, vurğulayıb ki, bu gün dövlətlərimiz arasında mədəniyyət, elm və iqtisadiyyat sahələrində yüksək səviyyəli və möhkəm münasibətlər mövcuddur.

Söhbət zamanı Tacikistanla parlamentlərarası işçi qrupunun üzvləri Xanlar Fətiyev və Azər Badamov çıxış edərək parlament diplomatiyasının dövlətlərarası  əlaqələrin inkişafına öz töhfəsini verdiyini və bu dostluğun və əməkdaşlığın xalqlarımızı, ölkələrimizi bir-birinə daha da yaxınlaşdırdığını söyləyiblər.

Fortunamag.az

Sağ Banner
FORTUNA Magazine

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.