Milli Məclis komitələrinin birgə iclasında 2026-cı il üçün dövlət büdcəsinin layihəsi müzakirə olunub
Noyabrın 6-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası keçirilib.
Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov tədbirdə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarıldığını deyib.
Parlamentin sədrinin birinci müavini Konstitusiyamıza əsasən ölkənin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsinin, insanların rifahının yaxşılaşdırılmasının dövlətin ali məqsədlərindən olduğunu bildirib. Bununla yanaşı, Konstitusiyada dövlətin vəzifələrinin təsbit olunduğunu və onların həyata keçirilməsi üçün ölkə Prezidenti tərəfindən müəyyən edilmiş iqtisadi və sosial strategiyanın əks olunduğunu qeyd edib. Eyni zamanda, hazırda Böyük Qayıdış layihəsinin reallaşdırılmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, 2026-cı il dövlət büdcəsinin layihəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün lazımi iqtisadi və maliyyə əsaslarının təmin edildiyini söyləyib.
Sonra iclasda maliyyə naziri Sahil Babayev“ Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsini barədə məlumat verib.
Fortunamag.az
