• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Milli İncəsənət Muzeyində sərgi keçirilib

30.12.2025
Mədəniyyət, Xəbərlər
Milli İncəsənət Muzeyində sərgi keçirilib
Share on FacebookShare on Twitter

Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Rəssamlıq Akademiyasının 25 illik yubileyinə həsr olunmuş “25 il sənət yolu” adlı sərgi açılıb.

Bu barədə Fortunamag.az-a Milli İncəsənət Muzeyindən məlumat verilib.

Bildirilib ki, çoxsaylı elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyev, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, elm və təhsil nazirinin müavini İdris İsayev, Xalq rəssamı Ömər Eldarov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə, görkəmli dövlət və ictimai xadim Həsən Həsənov, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək akademiyanın 25 illik fəaliyyət yoluna nəzər salıblar.

Çıxışlarda qeyd olunub ki, 2000-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və imzaladığı Sərəncamla əsası qoyulan Azərbaycan Rəssamlıq Akademiyası ölkədə təsviri sənət sahəsində ali təhsilin inkişafında yeni mərhələnin əsasını qoyub. Bu gün akademiya milli incəsənət ənənələrini yaşadan, təsviri və dekorativ sənətin bütün istiqamətləri üzrə peşəkar kadrlar hazırlayan aparıcı ali təhsil müəssisəsi kimi mühüm rola malikdir.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Akademiyanın professor-müəllim heyətinin yaradıcılığını əks etdirən ekspozisiya rəngkarlıq, heykəltaraşlıq, qrafika və dekorativ tətbiqi sənət nümunələrini əhatə edir. Burada Azərbaycan təsviri sənətinin tanınmış nümayəndələrinin və digər müəlliflərin əsərləri ilə yanaşı, akademiyanın yaradıcı mühitində formalaşan istedadlı gənc rəssamların bədii axtarışlarını əks etdirən işlər də nümayiş olunub.

Ekspozisiyada, həmçinin 1920-ci ildə formalaşmış milli rəssamlıq məktəbinin B.Mirzəzadə, D.Kazımov, O.Sadıqzadə kimi görkəmli yetirmələrinin əsərləri yer alıb. Qeyd edək ki, məhz həmin məktəb sonrakı dövrlərdə Azərbaycan Rəssamlıq Akademiyasının formalaşması üçün möhkəm yaradıcılıq və pedaqoji baza rolunu oynayıb.

2026-cı il yanvarın 10-dək davam edəcək sərgi akademiyada formalaşmış yaradıcılıq mühitini, bədii ənənələrin nəsillərarası davamlılığını və Azərbaycan təsviri sənətinin inkişaf yolunu dolğun şəkildə təqdim edir.

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.