• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
FORTUNA Magazine
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
FORTUNA Magazine
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Milli Dirçəliş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

18.11.2025
Xəbərlər
Milli Dirçəliş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Share on FacebookShare on Twitter

Cari ilin tədbirlər planına uyğun olaraq, 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib. 

Fortunamag.az xəbər verir ki, tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Çıxış edənlər 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə keçirdiyi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunmasının milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan yolumuzun başlanğıcı olmasından danışıblar. Həmçinin 17 Noyabr – Milli Dirçəliş Gününün xalqımızın azadlıq mübarizəsindəki əsas mərhələlərdən olması, ölkəmizin müstəqilliyinin bərpa edilməsindəki tarixi rolu barədə geniş məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etməsi nəticəsində bu gün 17 Noyabr – Milli Dirçəliş Gününün Vətənimizin hər yerində xalqımız tərəfindən bayram edilməsi böyük qürur və iftixar hissi ilə qeyd olunub.

Silsilə tədbirlər çərçivəsində təqdim edilən musiqi nömrələri, mədəni-kütləvi və digər tədbirlər şəxsi heyət tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Fortunamag.az

Sağ Banner
FORTUNA Magazine

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.