• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Biznes

Maliyyə Nazirliyinin nümayəndə heyəti Özbəkistanda PEMPAL Xəzinədarlıq üzrə Təcrübə Birliyinin illik plenar iclasında iştirak edib

16.10.2025
Biznes, Xəbərlər
Maliyyə Nazirliyinin nümayəndə heyəti Özbəkistanda PEMPAL Xəzinədarlıq üzrə Təcrübə Birliyinin illik plenar iclasında iştirak edib
Share on FacebookShare on Twitter

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin nümayəndə heyəti 13-16 oktyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən PEMPAL Xəzinədarlıq üzrə Təcrübə Birliyinin (TCOP) illik plenar iclasında iştirak edib.

Fortunamag.az Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, plenar iclasın açılışında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru, PEMPAL TCOP İcra Komitəsinin hazırkı sədri Nazim Qasımzadə tədbirin məqsədləri, regional əməkdaşlığın əhəmiyyəti və xəzinədarlıq sistemlərinin rəqəmsallaşdırılması istiqamətində görülən işlər və qarşıda duran məqsədlər barədə məlumat verib.

Tədbir çərçivəsində iştirakçıların gündəliyə uyğun olaraq müxtəlif mövzuları əhatə edən təqdimatları dinlənilib, ekspertlərin iştirakı ilə müxtəlif ölkələrin qabaqcıl təcrübələri, beynəlxalq təşkilatların yanaşmaları və gələcək əməkdaşlıq imkanları barədə geniş müzakirələr aparılıb.

Dövlət Xəzinədarlıq Agentliyinin əməkdaşlarının Azərbaycanın dövlət maliyyəsinin rəqəmsallaşdırılması mövzusunda etdikləri təqdimatda ölkəmizdə xəzinədarlığın rəqəmsal transformasiyası, inteqrasiya olunmuş maliyyə idarəetmə sistemlərinin inkişafı, süni intellektin tətbiqi və innovativ həllərin maliyyə idarəçiliyinə gətirdiyi üstünlüklərdən bəhs olunub.

Sonda Özbəkistan Respublikası İqtisadiyyat və Maliyyə Nazirliyinin Xəzinədarlıq Xidməti Komitəsi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi arasında qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinə dair anlaşma memorandumu imzalanıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.