• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Maliyyə Nazirliyində Almaniya şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

09.10.2025
Xəbərlər
Maliyyə Nazirliyində Almaniya şirkətlərinin nümayəndələri ilə görüş keçirilib
Share on FacebookShare on Twitter

Oktyabrın 8-də Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini Anar Kərimov Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Almaniyanın maliyyə sektorunu təmsil edən şirkətlərin və biznes dairələrinin nümayəndələri ilə görüşüb.

Fortunamag.az Azərbaycan Respublikasının Nazirlər Kabinetinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında maliyyə sahəsində əməkdaşlığın genişləndirilməsi, Alman maliyyə institutlarının ölkəmizdə həyata keçirilən layihələrin dəstəklənməsində iştirakı, dövlət borcunun idarə olunması sahəsində təcrübə mübadiləsi, dövlət–özəl tərəfdaşlıq mexanizmləri ilə bağlı məsələlər müzakirə olunub.

Anar Kərimov qonaqlara ölkəmizdə dayanıqlı iqtisadi artımın, makroiqtisadi sabitliyin və fiskal intizamın qorunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub  ki, Azərbaycan iqtisadiyyatı müsbət inkişaf dinamikasını saxlayır, qeyri-neft sektoru davamlı şəkildə genişlənir, dövlət borcunun idarə olunmasında əldə olunan nailiyyətlər və yüksək valyuta ehtiyatları ölkənin maliyyə dayanıqlığını təmin edir. Bu siyasətin nəticəsi olaraq, kənd təsərrüfatı, informasiya texnologiyaları, emal sənayesi, logistika və “yaşıl enerji” kimi qeyri-neft sektorlarında əhəmiyyətli irəliləyişlər əldə edilib.

Maliyyə nazirinin birinci müavini əlavə edib ki, bu müsbət nəticələr nəzərə alınaraq, 2026–2030-cu illəri əhatə edən Dövlət Borcunun İdarə Edilməsi Strategiyası hazırlanır. Strategiya prioritet layihələrin maliyyələşdirilməsi üçün yeni borclanma imkanları yaradaraq ölkənin uzunmüddətli inkişaf gündəliyini dəstəkləməyi hədəfləyir.

Öz növbəsində, qonaqlar Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitinin Almaniya biznes dairələri üçün geniş imkanlar açdığını, ölkənin iqtisadi stabilliyi və strateji layihələrin uğurla həyata keçirilməsinin onlara uzunmüddətli və perspektivli tərəfdaşlıq imkanları yaratdığını vurğulayıblar.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.