• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Maliyyə naziri Əlcəzairin ölkəmizdəki səfiri ilə görüşüb

01.10.2025
SİYASƏT, Xəbərlər
Maliyyə naziri Əlcəzairin ölkəmizdəki səfiri ilə görüşüb
Share on FacebookShare on Twitter

Fortunamag.az Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 30-da Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Zakia İğhilini qəbul edib.

Tanışlıq xarakteri daşıyan görüşdə Azərbaycan ilə Əlcəzair arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub, əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivləri müzakirə edilib.

Nazir Sahil Babayev enerji sahəsində əməkdaşlığın genişləndirilməsinin, qarşılıqlı investisiya təşəbbüslərinin dəstəklənməsinin, eləcə də ticarət əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Mövcud investisiya göstəricilərinin hələlik aşağı olmasına baxmayaraq, qeyri-neft və qaz sektorunda əməkdaşlıq üçün böyük potensialın olduğu, logistika və turizm imkanlarının, hava nəqliyyatı əlaqələrinin, həmçinin bərpa və tikinti layihələrinin nəzərdən keçirilməsinin əhəmiyyəti qeyd olunub.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Zakia İğhili fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşün sonunda maliyyə naziri səfirə Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.