• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Mətbəximiz Fransada

27.11.2025
Mədəniyyət, Xəbərlər
Mətbəximiz Fransada
Share on FacebookShare on Twitter

La Roşel (La Rochelle) şəhərindəki Assosiasiyalar Birliyinin təşkilatçılığı ilə keçirilən “Les Papilles du monde” festivalında Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi və bu şəhərdə yaşayan Aysel Cəfərzadənin təşkilatçılığı ilə ölkəmiz də təmsil olunub. Festivalda ənənəvi mətbəx və mədəniyyət vasitəsilə ölkələrin kulinariyası və mədəniyyəti təşviq edilib.

Fortunamag.az xəbər verir ki, Fransada fəaliyyət göstərən müxtəlif ölkələrin səfirliklərinin, eləcə də burada yaşayan müxtəlif xalqların nümayəndələrinin iştirakı ilə keçirilən festivalda Azərbaycan stendi və təqdimatı maraqla qarşılanıb. Azərbaycan stendində Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti, sənətkarlığı və mətbəxinə dair fransız dilində nəşr etdirdiyi kitablar nümayiş olunub. Milli musiqi alətlərini əks etdirən suvenirlər, milli ornamentlə işlənmiş armudu stəkanlar və nar budaqları ilə bəzədilmiş stendimizin ziyarətçiləri paxlava, şəkərbura, badambura kimi milli şirniyyatlarımıza, eləcə də milli mətbəximizin dadlı təamına qonaq ediliblər.

Ziyarətçilər coğrafiyamızı və milli atributlarımızı əks etdirən afişa vasitəsilə ölkəmizlə yaxından tanış olublar. Festivalın təşkilatçılarına, eləcə də assosiasiya rəhbərlərinə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş və xalqımızın milli-mənəvi dəyərlər sistemində, adət-ənənələrində ən mühüm mədəniyyət nümunələrindən olan kəlağayı, eləcə də tar və kamança haqqında ətraflı məlumat verilib. Həmçinin xalqımızın çoxəsrlik mədəni adət-ənənələrindən, milli mətbəximiz və geyimlərimizdən danışılıb.

Festivalda Avropa, Afrika və Asiya qitələrindən olan çoxsaylı ölkələrin mədəniyyəti və milli mətbəxi təqdim olunub.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.