• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

“Mərkəzi Karyera Portalı” istifadəyə verildi

16.12.2025
Xəbərlər
“Mərkəzi Karyera Portalı” istifadəyə verildi
Share on FacebookShare on Twitter

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən peşəyönümü və karyera planlamasına dəstək göstərən “Mərkəzi Karyera Portalı” istifadəyə verilib.

Fortunamag.az  xəbər verir ki, portalın yaradılmasında məqsəd əmək bazarına dair məlumatların vahid rəqəmsal platformada toplanması, gənclərin peşə seçimi və karyera inkişafı prosesinin dəstəklənməsi, işəgötürənlərin hansı bacarıqlara malik işçi qüvvəsinə tələblərinin olduğu barədə onların məlumatlılığının artırılmasıdır.

“Mərkəzi Karyera Portalı”na “Məzunların məşğulluq reytinqi” platforması, “CV yarat” və “Alo karyera” dəstək xidməti ilə yanaşı, iki innovativ platforma – “İş dəyərləri aləti” və “Peşələrin atlası” da daxildir.

“İş dəyərləri aləti” istifadəçilərə öz karyera və peşə maraqlarını müəyyənləşdirməyə kömək etmək üçün hazırlanıb. Belə ki, sistemdə yerləşdirilmiş sorğuda iştirak etməklə şəxslərin maraqları, təhsil və təcrübələri nəzərə alınaraq qiymətləndirmə aparılır. Onların maraqlarına uyğun gələn potensial peşə sahələrinin siyahısı təqdim edilir. Məqsəd istifadəçilərin öz karyeraları ilə bağlı əsaslandırılmış qərarlar qəbul etmələrinə köməklik göstərməkdir.

“Peşələrin atlası” platformasında isə peşələr üzrə təsvirlər, tələb olunan bilik və bacarıqlar, təhsil səviyyəsi və digər zəruri məlumatlar təqdim edilir.

Bundan əlavə, portalın tərkibində yer alan “Məzunların məşğulluq reytinqi” platforması universitet məzunlarının təhsil aldıqları ixtisaslar üzrə əmək bazarında mövqeləri barədə məlumat verir. “Alo karyera” dəstək xidməti isə karyera planlaması, məqsədlərin müəyyən edilməsi, peşə və ixtisas seçimi, əmək bazarındakı tendensiyalar və s. suallar üzrə vətəndaşlara operativ məlumat dəstəyi göstərir. İstifadəçilər “CV yarat” platforması üzərindən isə qısa zamanda peşəkar və standartlara uyğun CV hazırlaya bilirlər.

“Mərkəzi Karyera Portalı” ilə linkə keçid edərək tanış olmaq mümkündür.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.