Mərkəzi Bank Malayziya şirkəti ilə İslam bankçılığının inkişafını müzakirə edib
Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Tərlan Rəsulov Malayziyanın “Al-Hidayah Group” şirkətlər qrupunun sədri Dato’ Ku Cafar Ku Şaarinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AMB-dən Fortunamag.az-a bildirilib ki, görüş çərçivəsində İslam maliyyəsinin inkişafı, bu istiqamət üzrə məhsul çeşidinin genişləndirilməsi, eləcə də institusional əməkdaşlıq imkanları müzakirə olunub.
Görüş zamanı, həmçinin Mərkəzi Bank tərəfindən təsdiqlənmiş “2024–2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası” çərçivəsində İslam bankçılığının inkişafına yönəlmiş təşəbbüslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Fortunamag.az
