• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Biznes

Məkkə Halal Forumu keçiriləcək

16.01.2026
Biznes, Xəbərlər
Məkkə Halal Forumu keçiriləcək
Share on FacebookShare on Twitter

Fortunamag.az “KOBIA”ya istinadən xəbər verir ki, 14–16 fevral 2026-cı il tarixində Səudiyyə Ərəbistanının Məkkə şəhərində 3-cü Məkkə Halal Forumu keçiriləcək. Səudiyyə Ərəbistanı Krallığının Ticarət Nazirliyinin himayəsi altında keçiriləcək və dünyanın müxtəlif ölkələrindən iştirakçıların bir araya gələcəyi tədbir qlobal halal bazarın inkişafını dəstəkləmək və beynəlxalq əməkdaşlıqları gücləndirmək məqsədi daşıyır. “Halal – Peşəkar Sənaye” mövzusuna həsr olunacaq forum halal qida, içkilər, əczaçılıq, kosmetika, moda, yüngül sənaye, turizm, islam maliyyəsi, rəqəmsal xidmətlər sahələrində qabaqcıl təcrübə mübadiləsi və innovativ yanaşmaların təqdim olunacağı platformadır.

Forum biznes görüşlər, “Ticarət Palataları və Halal Sektorunun Qlobal İnkişafı” mövzusunda dəyirmi masa, startaplar və innovativ biznes modelləri zonası, praktiki bilik və bacarıqlar üzrə seminar, halal sertifikasiyası üzrə ilkin qiymətləndirməyə dair ekspert güşəsi, canlı aşpaz şouları kimi proqram və zonalarından ibarət olacaq.

Qeyd edək ki, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşəbbüsü, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə forumun sərgi hissəsində Azərbaycan pavilyonu qurulacaq. Bu pavilyon yerli sahibkarlar üçün ixrac imkanlarının genişləndirilməsi, Səudiyyə bazarına çıxış, eləcə də investorlar və distribütorlarla birbaşa əlaqələrin qurulması baxımından mühüm imkan yaradır. 

Azərbaycan sahibkarları forumda iştiraka və sərgidə məhsullarını təqdim etməyə dəvət olunurlar. 

Forum barədə ətraflı məlumat və qeydiyyat üçün: (+994 12) 465 76 92 (daxili 117) sbayramov@ask.org.az, ASK-nın Sahibkarlarla iş və iqtisadi təhlil şöbəsinin müdiri Seymur Bayramov. 

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.