• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Mədəniyyət naziri Adil Kərimli Ucar rayonunda vətəndaşların müraciətlərini dinləyib

09.01.2026
Mədəniyyət, Xəbərlər
Mədəniyyət naziri Adil Kərimli Ucar rayonunda vətəndaşların müraciətlərini dinləyib
Share on FacebookShare on Twitter

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda vətəndaş qəbulu təşkil olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən görüşlərdə sakinlərin müraciətləri dinlənilir, qaldırılan məsələlərin həlli istiqamətində tədbirlər görülür.

Fortunamag.az Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli yanvarın 9-da Ucar rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl nazir və Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov Ümummilli Lider Heydər Əliyevin Ucar şəhərində ucaldılmış abidəsi önünə çiçək dəstəsi qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.
Ucar rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Ucar, Zərdab, Yevlax, Ağdaş, Göyçay, Kürdəmir rayonlarından və Mingəçevir şəhərindən olan vətəndaşlar müraciətlərini diqqətə çatdırıblar. Müraciətlər, əsasən, məşğulluq, iş yerinin dəyişdirilməsi, mədəniyyət sahəsinə dair layihələr, təşəbbüslər və digər məsələlərlə bağlı olub.
Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyib, qeyd olunan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.
Nazirliyin məsul əməkdaşlarının da iştirak etdiyi qəbulda şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.