• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Tale simfoniyası

Louis Vuitton: 13 yaşında evdən qovuldu, özünə brend yaratdı

10.12.2025
Tale simfoniyası, Xəbərlər
Louis Vuitton: 13 yaşında evdən qovuldu, özünə brend yaratdı
Share on FacebookShare on Twitter

Louis Vuitton 1821-ci ildə Fransanın kiçik Anchay qəsəbəsində anadan olmuşdu. arisə getmək üçün Anchay kəndindən ayrıldığında o, hələ cəmi 13 yaşında idi.
Ögey atası tərəfindən evdən qovulduqdan sonra təkbaşına 450 kilometrlik yolu piyada qət etdi. Parisə köçərək məşhur sandıq ustası Maréchalın emalatxanasında köməkçi kimi çalışmağa başladı. Burada o, dəqiq işçilik, davamlı materiallar və funksional dizaynın nə qədər vacib olduğunu öyrəndi.

Fortunamag.az bildirir ki, 1851-ci ildə Louis Vuittonun Parisə gəldiyi günlərdən cəmi on altı il sonra Fransa böyük siyasi çalxantının astanasına gəldi. Louis-Napoléon Bonapartın çevrilişi ölkəni silkələdi və bir il sonra o, III Napoleyon adıyla taxt-taca yüksəldi. Bu yüksəliş təkcə Fransanın tarixini dəyişmədi — gənc Louis Vuittonun taleyini də tamam başqa bir axara yönəltdi.

İmperatorun həyat yoldaşı, zərifliyin canlı təcəssümü olan İmperatriça Eugénie de Montijo, geyim və aksesuarlarında qüsursuzluq tələb edirdi. O, səyahət zamanı paltarlarının ən zərif şəkildə paketlənməsini istəyirdi. Məhz o anda taleyin qapısı açıldı — Louis Vuitton sarayın şəxsi qutu ustası və paketçisi seçildi.
İmperatriça ona sadə bir tapşırıq vermişdi:

“Ən qiymətli parçaları ən gözəl şəkildə qoruyub daşıyacaqsan.”

Bu sözlər Louis üçün saraya, aristokratiyaya, dünyanın ən nüfuzlu adlarına uzanan yolun başlanğıcı idi.

1854-cü il Louis Vuittonun həyatında iki möhtəşəm dəyişiklik gətirdi. Həmin il o, 17 yaşlı Clemence-Emilie Parriaux ilə tanış oldu. Gələcək nəsillər bu tanışlığı belə xatırlayacaqdı:

“Louis işçi paltarlarını çıxarıb bir anda Parisin ən zərif cənabına çevrilmişdi. Çiyinlərində isə hələ də zəhmətin gücü, yorulmaq bilməyən bir ruh vardı.”

Onların hekayəsi xoşbəxt sonla bitdi — cütlük 1854-cü ildə evləndi.
Amma Louis yalnız evlənmədi…
O, böyük bir addım atdı: işindən ayrıldı və Parisdə öz emalatxanasını açdı. Qapısına da cəsur bir lövhə asdı:

“Ən kövrək əşyaları belə təhlükəsiz daşıyar. Moda paketləməsində mütəxəssis!”

Beləcə, dünya lüks baqaj sənayesində yeni bir səhifə açacaq adam səhnəyə qədəm qoydu.

O dövrdə bütün səyahət çamadanları qabarıq, kubbe formalı idi — üst-üstə yığmaq mümkün deyildi. Louis isə sükutu pozdu. O düşündü ki, çamadanlar düz, istiflənsin deyə sadə ola bilər. Suya və qoxuya davamlı, yüngül boz kanvas seçdi. Bu, tamamilə yeni bir dövr idi.

Trenlər, gəmilər dünyanı kiçildirdikcə Vuittonun düz, yığıla bilən çamadanları sanki gələcəyin ritmini tutdu. Paris aristokratiyası bu yeniliyi alqışladı; satışlar alovlandı. Sifarişlər o qədər çoxaldı ki, Louis 1859-cu ildə Asnières kəndində böyük bir emalatxana açdı.

Söhbət təkcə fransız zadəganlarından gəlmirdi — Mısır hidivi İsmail Paşa belə ona xüsusi sifariş göndərmişdi. Louis Vuitton artıq sərhədləri aşırdı.

Hər yüksəlişin bir sınağı olur. Louis Vuitton üçün bu, Fransa–Prussiya müharibəsi idi. Paris mühasirəyə alınanda işlər dayanmışdı. Savaş bitəndə Vuitton Asnières-ə döndü… amma gördükləri bir kabus idi: emalatxana dağıdılmış, avadanlıqlar oğurlanmış, işçilər dağınıq.

Qısa zamanda şəhərin ən nüfuzlu məhəlləsində — 1 Rue Scribe ünvanında yeni mağaza açdı. Bu dükanda müştərilər aristokrat idi; artıq möhkəmlik kifayət etmirdi — lüks və zəriflik də tələb olunurdu. Vuitton bunu duydu və 1872-ci ildə bej kanvas üzərində qırmızı zolaqlı incə bir dizayn yaratdı. Bu, Louis Vuitton markasının lüks moda dünyasına doğru ilk addımı idi.

Louis Vuittonun çamadanları nəhayət sadəcə bir səyahət vasitəsi deyil, zərifliyin, macəranın, uzaq yolların simvoluna çevrildi.
1892-ci ildə, 70 yaşında dünyasını dəyişdiyində, arxasında artıq qlobal bir marka qoymuşdu.

Oğlu Georges Vuitton atasının irsini daha da irəli apararaq məşhur LV monoqramını yaratdı. Bu simvol zamanla dünyanın ən güclü lüks ikonalarından birinə çevrildi.

Bu gün Louis Vuitton adı deyildikdə yalnız çamadan xatırlanmır — moda, zəriflik və əbədiyyətin özü xatırlanır.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.