• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Londondakı Azərbaycan məktəbində uşaqlara ana dili və milli dəyərlər aşılanır

15.01.2026
Xəbərlər
Londondakı Azərbaycan məktəbində uşaqlara ana dili və milli dəyərlər aşılanır
Share on FacebookShare on Twitter

Xaricdə yaşayan azərbaycanlı uşaqlar üçün ana dilinin və milli kimliyin qorunub saxlanılması xüsusi əhəmiyyət daşıyır. Londonda fəaliyyət göstərən Britaniya Avropa Azərbaycan Məktəbi (BEAS) bu istiqamətdə mühüm missiyanı yerinə yetirərək Azərbaycan dilinin, tarixinin və mədəniyyətinin gənc nəsillərə aşılanmasına töhfə verir.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, əsas məqsəd uşaqlara ana dilini sevdirmək və onların Azərbaycan dilində sərbəst oxuyub-yazmalarına nail olmaqdır. “Bu gün sevinclə deyə bilərəm ki, uşaqlarımız Azərbaycan dilində sərbəst yazır və oxuyurlar. Onlara bu dərsi tədris etmək mənim üçün böyük fəxrdir. Uşaqların gündən-günə inkişaf etdiyini, dilimizə yiyələndiyini görmək qürurvericidir. Hesab edirəm ki, uşaqlarımız öz ana dilini hər zaman öyrənməli və yadda saxlamalıdır. Çünki bu, bizim milli ruhumuzdur və milli ruhu daim yaşatmalıyıq”,- deyə müəllim qeyd edib. O bildirib ki, məktəbdə ana dili ilə yanaşı, şahmat, Azərbaycan tarixi, mədəniyyəti, milli rəqslər və kulinariya dərsləri də tədris olunur.

Məktəbdə Azərbaycan rəqsləri və incəsənətindən dərs deyən Aytac Ağamalı isə vurğulayıb ki, xüsusilə xaricdə doğulan uşaqlar üçün Azərbaycanın milli dəyərlərini unutmamaq çox vacibdir. “Qarşıdan Novruz bayramı gəlir. Biz artıq bunun üçün rəqs proqramları hazırlayırıq, səməni düzəldirik və uşaqlarımıza Azərbaycanımızı tanıdırıq”, – deyə o əlavə edib.

Məktəbin həmtəsisçisi Səbinə Quliyeva bildirib ki, Britaniya Avropa Azərbaycan Məktəbində hazırda 2–12 yaşarası uşaqlar təhsil alır və dərslər həftənin bazar günləri keçirilir. “Səviyyələrə uyğun şəkildə təşkil olunan dərslər vasitəsilə məqsədimiz uşaqlara erkən yaşlardan Azərbaycan dilini, mədəniyyətini və milli dəyərlərini aşılamaqdır. Valideynlərin böyük marağı və dəstəyi bizi daha da ruhlandırır. İnanırıq ki, xaricdə böyüyən uşaqlarımızın Azərbaycanla bağlarını qoruyub saxlamaları üçün bu cür təhsil ocaqları çox vacibdir”, – deyə Səbinə Quliyeva vurğulayıb.

Müəllimlər göstərilən davamlı dəstəyə görə valideynlərə, icmaya və məktəbin fəaliyyətinə daim dəstək olan Tale Heydərova təşəkkür ediblər.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.