• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

Leyla Əliyeva ÜST-nin nümayəndəsi ilə görüşüb

19.12.2025
İnkişaf, Xəbərlər
Leyla Əliyeva ÜST-nin nümayəndəsi ilə görüşüb
Share on FacebookShare on Twitter

Dekabrın 18-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin İqlim və Sağlamlıq üzrə xüsusi nümayəndəsi Robb Butler ilə görüşüb.

Fortunamag.az xəbər verir ki, görüşdə Leyla Əliyevaya iqlim və sağlamlıq sahəsində göstərdiyi səmərəli xidmətlərə, COP29 çərçivəsində fəal iştirakı və maarifləndirmə fəaliyyətinə, eləcə də ÜST-nin Pan-Avropa Səhiyyə və İqlim Komissiyasının fəaliyyətinə verdiyi dəstəyə görə Ümumdünya Səhiyyə Təşkilatının xüsusi mükafatı təqdim olunub.

Söhbət zamanı IDEA İctimai Birliyi tərəfindən iqlim dəyişikliyinin mənfi təsirlərinin azaldılması istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib, bu sahədə ÜST ilə Azərbaycan arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

Tərəflər Xəzər dənizinin səviyyəsinin enməsinin ekoloji və insan sağlamlığına potensial təsirləri barədə fikir mübadiləsi aparıb, bu istiqamətdə birgə təşəbbüslər və beynəlxalq çağırışların gücləndirilməsi imkanlarını, o cümlədən Azərbaycanın ÜST-nin “Sağlam şəhərlər” şəbəkəsinə qoşulması perspektivlərini müzakirə ediblər.

Bununla yanaşı, təmiz havanın insan sağlamlığına təsiri, havanın çirklənməsinin azaldılması və bu sahədə maarifləndirmə tədbirlərinin gücləndirilməsi məsələləri müzakirə olunub.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.