• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

Leyla Əliyeva Türkmənistanda açılış mərasimində

10.12.2025
İnkişaf, Xəbərlər
Leyla Əliyeva Türkmənistanda açılış mərasimində
Share on FacebookShare on Twitter

Dekabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışı olub.

Fortunamag.az xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva iştirak ediblər.

Tədbirdə çıxış edən Oğulcahan Atabayeva Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə yaradılan Fondun irimiqyaslı və səmərəli iş apardığını diqqətə çatdırıb. “Fondun yaradılması hər bir vətəndaşa xeyriyyəçilik fəaliyyətində iştirak etməyə şərait yaratdı. Onun köməyi ilə yüzlərlə çətin tibbi əməliyyatlar olunub və bir sıra tibb müəssisələri müasir avadanlıqlarla təmin edilib”, – deyə o bildirib.

Uşaqlara qayğının dövlət siyasətinin prioritet məsələlərdən biri olduğunu deyən Oğulcahan Atabayeva filialda uşaqlara yüksəkkeyfiyyətli tibbi yardım xidmətindən əlavə, həmçinin onların istirahəti və reabilitasiyası üçün də şərait yaradıldığını diqqətə çatdırıb. Oğulcahan Atabayeva Birləşmiş Millətlər Təşkilatının səylərinə, xüsusən də dünyada uşaqların həyat tərzinin yaxşılaşdırılmasına yönəlmiş Davamlı İnkişaf Məqsədlərinə bundan sonra da fəal dəstək olacaqlarını bildirib.

Qeyd edək ki, Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu 2021-ci ildə yaradılıb. Qurumun əsas məqsədi gənc nəslə dəstək olmaq, onların yaşayışı üçün münbit şərait yaratmaq, qayğıya ehtiyacı olan uşaqların sağlamlığının bərpasına kömək etməkdir. Bu günə qədər Fondun vəsaiti hesabına Türkmənistanda və digər ölkələrdə bir çox xeyriyyə və humanitar layihələr həyata keçirilib. Fondun humanizm, ədalət və xoşməramlı prinsiplərə söykənən fəaliyyəti, həmçinin dövlət tərəfindən dəstəklənir. Fond humanitar missiyasını beynəlxalq səviyyədə də həyata keçirir. BMT-nin Uşaq Fondu UNICEF ilə əməkdaşlıq edən Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu tərəfindən bu günə qədər Türkiyə, Ukrayna, Rusiya, Əfqanıstan, Tacikistan və Fələstində fövqəladə və təbii fəlakətlərdən zərər çəkmiş uşaqlara humanitar yardımlar da göndərilib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.