“Lapua” Avropa Kubokunda Azərbaycan atıcısı Ruslan Lunevdən qızıl medal
Fortunamag.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, Estoniyanın paytaxtı Tallində Avropa Atıcılıq Konfederasiyasının təşkilatçılığı ilə keçirilən “Lapua” Avropa Kubokunda Azərbaycan atıcısı Ruslan Lunev 25 metr məsafədən atəş üzrə yarışda ardıcıl və dəqiq atışlarla 574 xal (14x) toplayaraq qızıl medal qazanıb.
Fortunamag.az

