“Lamborghini”dən yenilik
İtalyan avtomobil istehsalçısı Lamborghini özünün növbəti modelini təqdim edib. Fortunamag.az “Tech Shockwaves”a istinadən xəbər verir ki, adı “Fenomen” olan bu avtomobil güclü V12 mühərriki və elektro-hibrid gücləndiricisi ilə təchiz olunub. “Fenomen” nun dəyəri təxminən 3,5 milyon dollar təşkil edəcək və yalnız 30 ədəd istehsal olunacağı nəzərdə tutulur. Şirkət daha əvvəl tam elektrik model istehsal etməyi planlaşdırsa da, “Fenomen” hibrid variantına üstünlük verilib. Avtomobilin aerodinamikası və yüngül materiallardan istifadə sürət və performans baxımından müasir standartlara cavab verir. Lamborghini nümayəndələri bildirir ki, yeni “Fenomen” ikon memarlıq dizaynı və texnoloji avadanlıqları ilə brendin gücünü və ənənəsini simvollaşdırır. İlk nümunələri 2026-cı ildə müştərilərə çatdırılacaq.
Fortunamag.az
