Kvant kompüterində tək atomla nəhəng sıçrayış
Elm adamları kvant kompüterlərinin inkişafında mühüm bir nailiyyət əldə ediblər. Fortunamag.az ” Scitech daily”a istinadən xəbər verir ki, onlar bir atom daxilində kvant dolaşıqlığını süni şəkildə yaratmağa müvəffəq olublar. Dolaşıqlıq kvant fizikasının ən sirli və eyni zamanda ən perspektivli xüsusiyyətlərindən biridir. Bu kəşf, gələcəkdə daha sürətli və güclü kvant kompüterlərinin yaradılmasına yol aça bilər. Belə kompüterlər saniyələr ərzində insan beyninin təsəvvür edə bilməyəcəyi qədər mürəkkəb hesablamaları həyata keçirə biləcək. Bu isə tibb, süni intellekt, maliyyə və hətta iqlim dəyişikliklərinin proqnozlaşdırılması sahəsində inqilabi nəticələr verə bilər.
Fortunamag.az
