• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Konstitusiya Məhkəməsində beynəlxalq konfransın iştirakçıları ilə görüş keçirilib

14.11.2025
Xəbərlər
Konstitusiya Məhkəməsində beynəlxalq konfransın iştirakçıları ilə görüş keçirilib
Share on FacebookShare on Twitter

Konstitusiya Məhkəməsində Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünə həsr olunan “Konstitusiya və qanunun aliliyi müasir hüquq sistemlərində” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Bakı şəhərində səfərdə olan Qırğızıstan Konstitusiya Məhkəməsinin sədri Emil Oskonbayev, Türkiyənin Konstitusiya Məhkəməsinin hakimi Yıldız Seferinoğlu və Taylandın Konstitusiya Məhkəməsinin hakimi Noppadon Teppitakın sədrlik etdiyi nümayəndə heyətləri ilə görüş keçirilib.

Bu barədə Fortunamag.az-a Konstitusiya Məhkəməsindən məlumat verilib.

Bildirilib ki, görüşdə sədr Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin fəaliyyəti, qərar qəbuletmə proseduru, ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlar və tətbiq edilən yeniliklər barədə məlumat verib, məhkəmələr arasında əməkdaşlığın vacibliyini vurğulayıb.

Sədr qeyd edib ki, səfər çərçivəsində keçirilən görüşlərdə təcrübə və fikir mübadiləsi ölkələrimiz arasında məhkəmə sahəsində əlaqələrin daha da dərinləşməsinə, məhkəmə-hüquq əməkdaşlığının daha da möhkəmlənməsinə və gələcək əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.

Qonaqlar Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyi münasibətilə bir daha öz təbriklərini ifadə edib, beynəlxalq konfransın uğurlu və səmərəli keçdiyini vurğulayıb, Konstitusiya Məhkəməsi ilə qarşılıqlı əlaqələrin inkişafında maraqlı olduqlarını qeyd edərək qonaqpərvərliyə və səmimi qəbula görə bir daha minnətdarlıqlarını bildiriblər.

Görüş zamanı geniş fikir mübadiləsi aparılıb.

Sonda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış olublar.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.