• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Biznes

KOBİA və Serbiyanın İnkişaf Agentliyi KOB sahəsində əməkdaşlığa dair Yol Xəritəsini təsdiq ediblər

27.10.2025
Biznes, Xəbərlər
KOBİA və Serbiyanın İnkişaf Agentliyi KOB sahəsində əməkdaşlığa dair Yol Xəritəsini təsdiq ediblər
Share on FacebookShare on Twitter

Serbiyanın Belqrad şəhərində keçirilən Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Serbiyanın İnkişaf Agentliyi (RAS) əməkdaşlığa dair Yol Xəritəsini təsdiq ediblər. 

Fortunamag.az “KOBIA”ya istinadən xəbər verir ki, sənəd 2022-ci ildə KOBİA və Serbiyanın İnkişaf Agentliyi arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumunun icrası istiqamətində fəaliyyətin təşkilini nəzərdə tutur. 2026-2027-ci illəri əhatə edən Yol Xəritəsində Azərbaycan və Serbiya KOB-ları arasında əlaqələrin qurulmasına dəstək, KOB-larla bağlı tədbirlər, onlar üçün ən yaxşı dəstək mexanizmləri və biznes imkanları haqqında məlumat və təcrübə mübadiləsi, KOB-larla əlaqəli təşkilatlar arasında əməkdaşlığın qurulması, mövcud məlumatların qarşılıqlı şəkildə paylaşılması, tərəflərin təşkilatçılığı ilə keçirilən tədbirlərdə iştiraka dəstək və digər məsələlər öz əksini tapıb. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Hökumətlərarası Komissiyanın iclasında və Azərbaycan–Serbiya biznes forumundakı çıxışlarında KOB-ların inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmini vurğulayıb. O, KOB evi ilə bağlı təcrübənin paylaşılması və Agentliyin təşəbbüsü ilə irəli sürülmüş Bakı İqlim Bəyyanaməsinə qoşulma kimi istiqamətlərin əməkdaşlığa töhfə verəcəyini qeyd edib. KOBİA sədri Agentliyin fəaliyyəti, KOB-lara göstərilən dəstək və xidmətlər barədə də məlumat verib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.