• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Kampala şəhərində Qoşulmama Hərəkatının (QH) 19-cu Nazirlər İclası keçirilib

17.10.2025
SİYASƏT, Xəbərlər
Kampala şəhərində Qoşulmama Hərəkatının (QH) 19-cu Nazirlər İclası keçirilib
Share on FacebookShare on Twitter

Kampala Nazirlər İclası çərçivəsində beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, davamlı inkişafın təşviqi, Hərəkatın institusional potensialının artırılması, eləcə də Yaxın Şərqdə vəziyyət və digər aktual gündəm məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Fortunamag.az Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Samir Şərifov toplantının açılış seqmentində çıxış edərək ölkəmizin sədrlik dövründə həyata keçirdiyi təşəbbüslər, o cümlədən Hərəkatın institusional inkişafına verdiyi töhfələrə toxunub, habelə üzv ölkələr arasında həmrəyliyin və birliyin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Nazir müavini Azərbaycan-Ermənistan normallaşma gündəliyi üzrə son irəliləyişlər və işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə iştirakçılara məlumat verib.

Hərəkatın keçmiş Sədri və hazırkı Troika üzvü qismində ölkəmiz həmçinin QH-nin Fələstin üzrə Nazirlər Komitəsinin iclasında təmsil olunub. Nazir müavini S.Şərifov Azərbaycan dövlət başçısının 13 oktyabr 2025-ci il tarixində Şarm Əl-Şeyx Sülh Sammitində iştirakına vurğu edərək, ölkəmizin zirvə görüşünə dəvət alan azsaylı Hərəkat üzvlərindən biri olduğuna və bunun əhəmiyyətinə, iki dövlət prinsipi əsasında Yaxın Şərqdə davamlı sülh və təhlükəsizliyinin tez bir zamanda bərqərar olmasının vacibliyinə, eləcə də ölkəmizin regiondakı humanitar təşəbbüslərinə diqqət çəkib.

İclas çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib, Azərbaycan Respublikasının və Uqanda Respublikasının Hökumətləri arasında diplomatik və xidməti pasport sahibləri, Azərbaycan Respublikasının və Somali Federativ Respublikasının Hökumətləri arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında sazişlər imzalanıb.

Qeyd edilən sənədlərin imzalanması Azərbaycan Respublikasının Afrika ölkələri ilə ikitərəfli münasibətlərinin genişləndirilməsi, qarşılıqlı səfərlərinin asanlaşdırılması və diplomatik əlaqələrin daha da inkişafına xidmət edir.

Fortunamag.az

 

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.