• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

Kənd təsərrüfatı naziri Ksaba Leyko ilə görüşüb

11.12.2025
İnkişaf, Xəbərlər
Kənd təsərrüfatı naziri Ksaba Leyko ilə görüşüb
Share on FacebookShare on Twitter

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizdə səfərdə olan “John Deere” şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidenti, “John Deere Walldorf International” MMC-nin Baş icraçı direktoru Ksaba Leyko ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Fortunamag.az-a bildirilib ki, nazir ölkəmizdə qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının rolu, kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, əldə olunmuş nailiyyətlər, fermerlərə göstərilən dövlət dəstəyi, aqrar sahənin rəqəmsallaşdırılması, kənd təsərrüfatında süni intellektin tətbiqinə dair həyata keçirilən layihələr, ölkəmizdə mövcud olan əlverişli investisiya mühiti, biznes üçün yaradılmış münbit şərait, eləcə də aqrar sahənin inkişafı üçün müəyyən edilmiş strateji hədəflər barədə qonağa ətraflı məlumat verib.

Ksaba Leyko təmsilçisi olduğu şirkətin uzun illərdir Azərbaycanda uğurla fəaliyyət göstərdiyini xatırladıb, mövcud səmərəli əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını bildirib. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə əməkdaşlıq perspektivlərinin geniş müzakirə olunduğunu qeyd edən şirkət rəhbəri pambıqçılıq, taxılçılıq, suvarma, logistika, mütəxəssis hazırlığı, texnika parkının yenilənməsi və digər istiqamətlərdə ölkəmizlə həyata keçirilə biləcək layihələr barədə danışıb.

Görüşdə Kənd Təsərrüfatı Nazirliyi və “John Deere” şirkəti ilə qeyd olunan sahələr üzrə əməkdaşlığa dair ilkin razılaşma əldə olunub.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıblar.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.