• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

IV Azərbaycan-Türkiyə Energetika Forumu

04.09.2025
Xəbərlər
IV Azərbaycan-Türkiyə Energetika Forumu
Share on FacebookShare on Twitter

İzmirdə Azərbaycan Respublikasının Energetika Naziri Pərviz Şahbazov və Türkiyə Energetika və Təbii Sərvətlər Naziri Alparslan Bayraktarın sədrliyi ilə IV Azərbaycan-Türkiyə Energetika Forumu keçirilib.

Azərbaycan Respublikasının Energetika Naziri Pərviz Şahbazov çıxışında bildirib ki, Azərbaycan və Türkiyə uzun illərdir ki, enerji sahəsində yalnız tərəfdaş deyil, həm də regionun geoiqtisadi mənzərəsini formalaşdıran, sülh, sabitlik və davamlı inkişafa töhfə verən strateji müttəfiqlərdir. Onlar beynəlxalq enerji təhlükəsizliyi sahəsində də birgə addımlar atırlar.

Azərbaycan Respublikasının Energetika Naziri Pərviz Şahbazov vurğulayıb ki, “bir millət – iki dövlət” prinsiplərinə əsaslanan və dövlət başçılarının qarşılıqlı etimad şəraitində həyata keçirdiyi siyasət Azərbaycan-Türkiyə əlaqələrini tarixi səviyyəyə qaldırıb və bütün enerji layihələrinin hərəkətverici qüvvəsinə çevrilib. Bildirilib ki, bu günə qədər Azərbaycandan Türkiyəyə 120 milyard kubmetr qaz ixrac edilib, onlardan 35 milyard kubmetr TANAP vasitəsilə, Avropaya isə 50 milyard kubmetr qaz çatdırılıb. Cari ilin ilk 8 ayında Türkiyəyə 6,6 milyard kubmetr, Türkiyə ərazisi ilə Avropa ölkələrinə isə 8,3 milyard kubmetr qaz tədarük edilib. Azərbaycan-Türkiyə strateji alyansı sayəsində Suriyanın enerji təhlükəsizliyinə də töhfə verilir və qısa müddət ərzində bu ölkəyə 60 milyon kubmetr qaz çatdırılıb.

Energetika naziri qeyd edib: «Azərbaycan-Türkiyə enerji tərəfdaşlığı yeni mərhələyə qədəm qoyub, ölkələrimizi neft, qaz və bərpa olunan enerji sahələrində uzunmüddətli tərəfdaş kimi möhkəmləndirir, həmçinin dəyişən geosiyasi reallıqlar fonunda regionda və qlobal səviyyədə mövqelərimizi gücləndirir. “İğdır-Naxçıvan” qaz kəmərinin istifadəyə verilməsi, TPAO-nun “Şəfəq-Asiman” layihəsinə qoşulması, Suriyaya qaz tədarükünə başlanması, yaşıl enerji interkonnektorlarının yaradılması və Zəngəzur dəhlizi üzrə razılaşmalar enerji əlaqələrimizdə yeni, möhkəm səhifə açır».

Qeyd edilib ki, «Zəngəzur dəhlizi strateji marşrutdur və Xəzər dənizi və Mərkəzi Asiyadan Türkiyə və beynəlxalq bazarlara həm karbohidrogen, həm də yaşıl enerji çatdırılmasını təmin edəcək. Bu dəhliz, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə yanaşı, Türkiyə və türk dilli dövlətlərlə enerji və kommunikasiya əlaqələrinə yeni təkan verəcək və ölkələrimizi Orta Dəhlizin əsas enerji, nəqliyyat və tranzit mərkəzlərindən birinə çevirəcək. Bu kontekstdə Naxçıvanla Türkiyə arasında elektrik şəbəkəsi əlaqələrinin sürətlə qurulmasının vacibliyi vurğulanıb. Naxçıvan və Zəngəzur marşrutları ilə yanaşı, yaşıl enerjinin ixracı və tranziti üçün “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” interkonnektorunun icrası da müzakirə olunub».

Sonda protokol imzalanıb ki, bu sənəd karbohidrogen və neft-kimya sahəsində əməkdaşlığın, elektrik enerjisi bazarı, paylama və ötürülməsi, tənzimləmə, enerji səmərəliliyi və mədənçilik sahələrində inkişafını nəzərdə tutur.

 

 

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.