İtaliya Prezidenti Sercio Mattarella Azərbaycana rəsmi səfərə gəlib
İtaliya Respublikasının Prezidenti Sercio Mattarella sentyabrın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, hər iki ölkənin bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda prezidentin şərəfinə fəxri qarovul dəstsi düzülüb.
İtaliya Prezidenti Sercio Mattarellanı hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
Fortunamag.az

