• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

İsveçrədə Azərbaycanın Zəfər Günü və Üzeyir Hacıbəyovun 140 illiyi qeyd edilib

14.11.2025
Mədəniyyət, Xəbərlər
İsveçrədə Azərbaycanın Zəfər Günü və Üzeyir Hacıbəyovun 140 illiyi qeyd edilib
Share on FacebookShare on Twitter

İsveçrənin paytaxtı Bern şəhərində 8 Noyabr – Zəfər Gününə və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun 140 illiyinə həsr olunan “Azadlıq yolu” (“Path of Liberty”) adlı tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Fortunamag.az-a verilən məlumata görə, qurumun sədri Fuad Muradov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi dövründə diaspor siyasətinin yeni keyfiyyət mərhələsinə yüksəldiyini qeyd edib, Birinci vitse-prezident Mehriban Əliyevanın milli-mədəni dəyərlərimizin beynəlxalq aləmdə təbliğinə verdiyi mühüm töhfələri xatırladıb.

Komitə sədri dünya azərbaycanlılarının şanlı Zəfərimizin beşilliyini böyük coşqu ilə qeyd etdiklərini, Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq miqyasda tanıdılması üçün uğurlu layihələr həyata keçirdiklərini diqqətə çatdırıb. Bildirib ki, mədəni diplomatiya dövlətlər arasında etimadın möhkəmlənməsinə, qarşılıqlı anlayışın dərinləşməsinə və dayanıqlı dostluq münasibətlərinin formalaşmasına mühüm təsir göstərir və xaricdəki Azərbaycan icmaları bütün fəaliyyətlərində bu amilə üstünlük verirlər.

Ölkəmizin İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Fuad İsgəndərov Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində və xalqımızın humanitar dəyərlərinin tanıdılmasında diasporun əvəzsiz roluna diqqət çəkib, mədəni tədbirlərin ölkəmizin təbliğinə böyük töhfələr verdiyini bildirib.

Xəzər Alp Cəmiyyətinin rəhbəri Məryəm Qulamova cəmiyyətin həyata keçirdiyi layihələrin ölkələrimiz arasında mənəvi körpülərin qurulmasına təsir etdiyini söyləyib, Azərbaycan mədəniyyətinin Avropada incəsənət proqramları və festivallarla yanaşı, elmi səviyyədə də tanıdılmasının əhəmiyyətini vurğulayıb.

Tədbirdə Almaniyada yaşayan bəstəkar, musiqişünas və kulturoloq Elmir Mirzəyevin “Müasirlik və Arxaika: XX əsr Azərbaycan musiqi mədəniyyəti üç imperiya kontekstində” adlı monoqrafiyasının da təqdimatı keçirilib. Müəllif çıxış edərək monoqrafiya barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanın tarix və mədəniyyətinin çətin mərhələlərdən keçdiyi 200 illik dövründən bəhs edən kitab alman dilinə tərcümə olunub və “Transcript-Verlag (Bielefeld)” nəşriyyatında çapdan çıxıb. Nəşr Azərbaycanın və Almaniyanın bir çox məşhur kitabxanalarına paylanıb.

Ölkəmizin İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyinin birinci katibi Sara Abbasovanın moderatorluğu ilə baş tutan tədbir bədii hissə ilə davam edib.

Bədii hissədə Üzeyir Hacıbəyovun “Aşıqsayağı”, “Arazbarı”, “Sənsiz” və “Sevgili canan” əsərləri, Elmir Mirzəyevin Xocalı soyqırımına həsr etdiyi “İthaf” əsəri, Almaniyada fəaliyyət göstərən soprano Mara Hüseynova, “Berner Klaviertrio” musiqi qrupunun üzvləri – skripkaçı Roman Filipov, violonçel ifaçısı Pierre Deppe və pianoçu İqor Andreevin çıxışları, Qarabağ Universitetinin dekanı, bəstəkar Türkər Qasımzadənin bəstələri yer alıb. Səsləndirilən əsərlər tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.