İsraildə 8 Noyabr – Zəfər Günü qeyd olunub
Azərbaycanın İsrail Dövlətindəki səfirliyi tərəfindən Təl-Əviv şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş qəbul təşkil edilib.
Fortunamag.az xəbər verir ki, səfirlikdən “AZƏRTAC”a bildirilib ki, tədbirdə İsraildə yaşayan Azərbaycan diasporun nümayəndələri, o cümlədən burada təhsil alan azərbaycanlı tələbələr, həkimlər, elm adamları, jurnalistlər, ictimai fəallar, biznes və incəsənət nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra ölkəmizin İsraildəki səfiri Muxtar Məmmədov bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uzun illər aparılmış düzgün siyasət, xalqımızın iradəsi və Ordumuzun rəşadəti sayəsində Azərbaycan torpaqlarını azad edib, çoxlarının işğalla barışmaq çağırışına məhəl qoymayaraq qəhrəmanlıqla misilsiz Qələbəyə imza atıb. O, həmçinin Qarabağa həyatın, yeni nəfəsin qayıtdığını deyərək, bu torpaqların bundan sonra daim çiçəklənməsi üçün görülən işlər haqqında məlumat verib.
Daha sonra tədbirdə Zəfər Gününə həsr edilmiş videoçarxlar nümayiş olunub. Qüds Lirik Operasının solisti Kamelia Yoffe tərəfindən Azərbaycan musiqisi ifa edilib.
Fortunamag.az
