İRİA və White Hill Capital əməkdaşlığa başladı
İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi ilə Mərkəzi Avrasiya regionunda tanınmış White Hill Capital fondu Azərbaycanda ortaq vençur şirkəti yaratmaq üçün razılığa gəlib. Təsis müqaviləsi INMerge sammitində imzalanıb.
İRİA rəhbəri Fərid Osmanov bu əməkdaşlığın yerli startapların beynəlxalq səviyyədə inkişafına təkan verəcəyini söyləyib: “White Hill Capital artıq bölgədə uğurlu layihələrlə seçilir və biz bu resursları Azərbaycanın xeyrinə yönləndirmək niyyətindəyik.”
Fondun idarəedici partnyoru Aslan Sultanov isə Azərbaycanın startap mühitini investisiya üçün gözəl hesab etdiyini bildirib. Sonda fondun investisiya etdiyi startaplar, Azərbaycanın Push30 və Tacikistanın Zypl layihələri nümayiş etdirilib.
Fortunamag.az

