İndira Hacıyeva Qarabağ Universitetinin “Enactus Qarabağ” komandası ilə görüşüb.
Sentyabrın 23-də gənclər və idman nazirinin müavini İndira Hacıyeva “Enactus Dünya Kuboku”nda iştirak edəcək Qarabağ Universitetinin “Enactus Qarabağ” komandası ilə görüşüb. Fortunamag.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyində keçirilən görüşdə İndira Hacıyeva komandaya qarşıdan gələn beynəlxalq yarışda uğurlar arzulayıb.
Sentyabrın 24-dən 29-dək Tailandın Banqkok şəhərində “Enactus Global”ın təşkilatçılığı ilə “Enactus Dünya Kuboku” keçiriləcək. Azərbaycanı bu yarışda Qarabağ Universitetinin “Enactus Qarabağ” komandası “Biocrown” layihəsi ilə təmsil edəcək.
Komanda cari ilin avqustunda Bakı Konqres Mərkəzində keçirilən Milli Yarışda qalib gələrək Dünya Kubokuna vəsiqə qazanıb.
Görüşdə Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Rəşad Zeynalov da iştirak ediblər.
Fortunamag.az
