• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Fortunanın qonağı

İnamla yazılan yol: Xəyyam Əsgərov və sosial missiyanın gücü

15.09.2025
Fortunanın qonağı, Xəbərlər
İnamla yazılan yol: Xəyyam Əsgərov və sosial missiyanın gücü
Share on FacebookShare on Twitter

 

Hər dövr öz simalarını yetişdirir — zamanın çağırışlarına cavab verən, düşüncəsi ilə yol göstərən, əməlləri ilə iz buraxan insanları. Bu insanlar sözlə yox, işlə danışar, bir cəmiyyətin ruhuna çevrilər. Onlardan biri də Xəyyam Əsgərovdur — sosial inkişaf və vətənpərvərlik kimi ali dəyərləri fəaliyyətinin mərkəzinə çevirən, ideyaları ilə minlərlə insanı bir amal ətrafında birləşdirən maarifçi və ictimai xadim.

Xəyyam müəllimin adı bu gün təkcə informasiya məkanında geniş yayılan xəbərlərlə deyil, həm də sosial təşəbbüsləri və beynəlxalq səviyyədə həyata keçirdiyi layihələrlə tanınır. Onun rəhbərlik etdiyi “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi artıq uzun illərdir ki, ölkəmizin ictimai həyatında fəal mövqe tutur və hər uğurlu təşəbbüsün arxasında bir vizion, bir məqsəd, bir inam dayanır.

“Fortuna” jurnalı olaraq biz bu dəfə Xəyyam müəllimlə həyat yolu, ictimai missiyası, uğura gedən yolu və bu yolun çətinlikləri barədə səmimi və dərin bir söhbət etdik. Söhbət əsnasında bir daha əmin olduq: uğur təsadüf deyil, o, əzm, məqsəd və inamla yazılmış bir həyat hekayəsidir.

 

— Hörmətli Xəyyam müəllim, “Fortuna” jurnalına xoş gəlmisiniz. İstərdik, bir az özünüz haqqında danışasınız.

— Mən Xəyyam Əsgərov, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin təsisçisi və rəhbəriyəm. İctimai fəaliyyətim 2013-cü ildən başlayıb. Artıq yüzlərlə xəbəri — Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti, dövlətin mühüm qərarları və milli maraqlarımızla bağlı informasiyaları — ictimaiyyətə çatdırmışam. 2019-cu ildə “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyini təsis edərək sosial layihələr, vətənpərvərlik təşəbbüsləri və beynəlxalq əməkdaşlıq istiqamətində mühüm işlər həyata keçirmişik. Xüsusilə 44 günlük Vətən müharibəsində “İMZA”nın fəaliyyəti birincilərdən olub və bu dövrdə yayımladığımız bir postun izlənmə statistikası 13 milyonu keçmişdir.

Fəaliyyətimiz çərçivəsində iştirak etdiyim mühüm tədbirlərdən biri də Azərbaycan xalqının ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Böyük Lider” Beynəlxalq Konfransıdır. Bu tədbirdə vaxtilə Ulu Öndərlə çalışmış müxtəlif ölkələrin səfirləri iştirak edərək, onunla bağlı öz dəyərli xatirələrini bölüşdülər. Bu konfrans həm ölkəmizin beynəlxalq nüfuzunu, həm də Heydər Əliyev irsinin dünya miqyasında necə dəyərləndirildiyini bir daha göstərdi.

— “İMZA” İctimai Birliyinin təsisçisisiniz. Hansı sosial məsələlər sizin fəaliyyətinizdə diqqət mərkəzinizdədir?

—Biz “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi olaraq sosial inkişafa töhfə vermək məqsədi daşıyan layihə və proqramları hər zaman diqqət mərkəzində saxlayır, bu istiqamətdə məqsədyönlü addımlar atırıq. Əsas hədəfimiz, cəmiyyətin davamlı inkişafına və sosial rifahın yüksəldilməsinə xidmət edən təşəbbüsləri həyata keçirməkdir.

— Siz çox ictimai işlər görürsünüz. Ən yadda qalan və uğurlu layihəniz hansı olub?

— Layihələrimizin hər biri, vətənimizin və xalqımızın davamlı inkişafını dəstəkləmək məqsədilə həyata keçirilmişdir. Bu səbəbdən, onlardan yalnız birini seçmək olduqca çətindir. Lakin xüsusi olaraq vurğulamaq istərdim ki, “İMZA”nın sosial platformalarda izlənmə statistikası artıq 15 milyonu keçmişdir. Bu, bizim üçün həm böyük bir nailiyyət, həm də gələcək üçün mühüm bir hədəfdir. Əminliklə deyə bilərəm ki, biz bundan sonra da yadda qalacaq və uğurla nəticələnəcək layihələr üzərində çalışmaqda davam edəcəyik.

— Siz Azərbaycanın bir çox regionlarında layihələr icra edirsiniz. İnsanları şəxsi inkişaf üçün hansı ideyanın ətrafında toplayırsınız?

— “İMZA” – Amalımız İlhamla, Mehribanla zirvələrə – Azərbaycandır. Hazırda “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinə üzvlük üçün qeydiyyat davam edir və artıq minlərlə üzv qeydiyyatdan keçib. Biz mərdliklə idarə olunan ölkənin igid övladlarıyıq. Gənclərimizi, üzvlərimizi və xalqımızı daim ölkəmizin inkişafı uğrunda atılan addımlarda dəstəkləmək, onlarla birgə bu yolda irəliləmək bizim əsas amalımızdır. Layihələrimiz insanları şəxsi inkişaf, təşəbbüskarlıq və vətəndaş məsuliyyəti ideyaları ətrafında birləşdirir.

— Gənclərə uğurlu şəxsiyyət olmaq üçün özlərində hansı xüsusiyyətləri formalaşdırmağı məsləhət görürsünüz?

— Uğurlu şəxsiyyət olaraq formalaşmaq üçün ilkin növbədə milli dəyərləri qoruyub saxlamağı bacarmaq lazımdır. Bununla yanaşı, disiplin, məsuliyyət, davamlı öyrənmə, əməkdaşlıq ruhu, dürüstlük və ədalətlilik prinsipləri gənclərin həyatında əsas yer tutmalıdır. Hər bir uğurlu layihənin “İMZA”sı məhz bizim milli dəyərlərimiz və mühüm prinsiplərimizdir.

— Həyatınızda dönüş nöqtəsi sayılan bir hadisə və ya qərar hansı olub?

— Həyatımız müəyyən mərhələlərdən ibarətdir və sadəcə bir mərhələni “dönüş nöqtəsi” olaraq adlandırmaq doğru olmaz. Lakin “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyini təsis etməyim mənim üçün həm şəxsi, həm də peşəkar həyatımda mühüm bir mərhələ olmuşdur.

— Çətinliklərlə üzləşdiyiniz anlarda sizə hansı xüsusiyyətiniz dəstək olur?

— Bu cür hallarda daim məqsədyönlü olmağı seçirəm. Çətinliyin niyə və yaxud necə yaranmasından çox, onun həlli yolunda çalışmağı üstün tuturam. Əzmkarlıq və qətiyyət, qərarları emosiyalardan çox məntiqlə vermək mənim üçün əsas dayaqlardır.

— “Fortuna” uğur deməkdir. Siz Fortunanın “təbəssüm” etdiyi hansı anı xatırlayırsınız?

— Mənim üçün “Fortuna”nın təbəssüm etdiyi anlar, “İMZA” ilə həyata keçirdiyimiz layihələrin uğurla nəticələndiyi anlardır. Cəmiyyətin inkişafına töhfə verən, insanların həyatına təsir göstərən təşəbbüslər bizim üçün əsl uğurdur.

— Keçmişə baxanda hansı arzunuz üçün “Kaş ki bunu edərdim…” demisiniz?

— Mən həyatimda “Kaş ki” ifadəsini arzularım və hədəflərim üçün tutmamağa çalışıram. Lakin şəxsi həyatimda ən böyük peşmanlığım atamın yanında az vaxt keçirməyim olub. “Kaş ki sağ olardı və mən zamanımın böyük hissəsini ona ayırardım.”

— Özünüzə nə arzulayırsınız?

— Gördüyüm işlərin, fəaliyyətimizin daha geniş miqyasda bilinməsi və dəyərləndirilməsi sözsüz ki, böyük bir istəkdir. Eyni zamanda, “İMZA” vasitəsilə həyata keçirdiyimiz layihələrin uzunmüddətli, real dəyişikliklər yaratmasını arzulayıram.

— Sizin şəxsi “uğur formulunuz” nədir?

— İnam. “İMZA” atdığımız hər bir layihəyə böyük inamla başlayır və tamamlayırıq. Həm Prezidentimizə, həm də xalqımıza böyük inamla bu yola çıxmışıq və bu yolda addımlayırıq.

— Və nəhayət, “Fortuna” jurnalına nə arzulayardınız?

— “Fortuna” jurnalına öz adının ən böyük zirvəsini yaşamağını, daim uğurla zirvədə olmağını arzulayıram.

 

Müsahibəni apardı: Səidə Musayeva, Fortuna jurnalının baş redaktoru.

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.