• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İdman

İmişli Cüdo Təlim Mərkəzi fəaliyyətə başlayıb

25.09.2025
İdman, Xəbərlər
İmişli Cüdo Təlim Mərkəzi fəaliyyətə başlayıb
Share on FacebookShare on Twitter

Sentyabrın 25-də Azərbaycan Cüdo Federasiyasının İmişli Cüdo Təlim Mərkəzi fəaliyyətə başlayıb. Fortunamag.az  Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, mərkəzin açılışında gənclər və idman naziri Fərid Qayıbov, İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov və digər şəxslər iştirak ediblər.

 

Müasir standartlara cavab verən tatamilərlə təchiz edilmiş mərkəzin fiziki hazırlıq zonasında cüdoçuların fiziki inkişafının təmin edilməsi üçün lazımi idman avadanlıqları yer alıb. Tataminin ümumi ölçüsü 200 kv.m sahəni əhatə edir. Bundan başqa, məşqçi və paltardəyişmə otaqları da mövcuddur. Zalda 200-dən çox idmançı cüdo ilə məşğul olacaq.

 

Azərbaycan Cüdo Federasiyası 2022-2025-ci illərdə Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zəngilan rayonunun Ağalı kəndi, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad və Tərtərdə cüdo zalları açıb. Növbəti cüdo zalları isə Zaqatalanın Mosul kəndi, Şabran, Masallı, Cəlilabad, Qobustan və Siyəzəndə fəaliyyətə başlayacaq. Bakı və regionlardakı 158 idman zalına Azərbaycan Cüdo Federasiyası tərəfindən 2022-ci ildən etibarən 11400 tatami verilib və 2200-dən çox gənc idmançıya pulsuz məşq etmək imkanı yaradılıb.

 

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.