İlon Mask: Robotlar yoxsulluğu aradan qaldıracaq
ABŞ-Səudiyyə İnvestisiya Forumunda çıxış edən amerikalı milyarder İlon Mask bildirib ki, gələcəkdə robotların geniş tətbiqi qlobal yoxsulluğun aradan qaldırılmasına səbəb olacaq.
Fortunamag.az xəbər verir ki, Maskın sözlərinə görə, yaxın illərdə iş insanların şəxsi seçimindən asılı olan könüllü məşğulluğa çevriləcək.
O vurğulayıb ki, texnologiyanın sürətli inkişafı nəticəsində pul anlayışı əvvəlki əhəmiyyətini itirəcək və hər kəs yüksək rifah səviyyəsinə sahib olacaq. Milyarder hesab edir ki, robotların istehsal gücü və səmərəliliyi sayəsində cəmiyyətin ümumi varlanmasına nail olmaq mümkündür.
Fortunamag.az
