• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Tale simfoniyası

İki küsülü qardaşın brendi: Adidas və Puma

11.12.2025
Tale simfoniyası, Xəbərlər
İki küsülü qardaşın brendi: Adidas və Puma
Share on FacebookShare on Twitter

Hər addımda tarix, hər ayaqda hekayə… Dünyanın hər yerində tanınan üç sadə çizgi – Adidas logosu. Adidas yalnız bir marka deyil, idman ruhunun, texnologiyanın və modanın birləşdiyi simvoldur. Həm də idmançıların performansını artıran, moda ilə idmanı birləşdirən və gələcəyə yönəlmiş innovasiyaların öncüsüdür.

Fortunamag.az Adidas-ın hekayəsini təqdim edir: 1924-cü ildə Almaniyanın Bavyera bölgəsində, kiçik bir çamaşırxanada fəaliyyətə başladı. Adolf və Rudolf Dassler adlı iki qardaş, atletlər üçün yüngül və rahat ayaqqabılar yaratmaq arzusu ilə bu atelyedə ilk addımlarını atdılar. Kiçik atelye tədricən dünya miqyasında tanınan iki nəhəng markaya – Adidas və Puma-ya çevrildi.

1936-cı ilin Olimpiya Oyunlarında Afroamerikalı atlet Cessi Ovensin bu ayaqqabılardan istifadə etməsi, Dassler qardaşlarının nüfuzunu artırdı. Lakin II Dünya Müharibəsi qardaşların arasına məsafə saldı və 1948-ci ildə fabrik ikiyə bölündü: Adolf “Adidas”ı, Rudolf isə sonradan “Puma” adlandıracağı markanı qurdu.

Adidas logosu – hər çizgi markanın dünyanın üç böyük qitəsində tanınmasını, idmançıların qarşılaşdığı çətinlikləri aşma arzusunu simvollaşdırır. Trefoil və üçbucaq formaları isə zamanla markanın estetik və funksional vizyonunu əks etdirən ikonik simvola çevrildi. Rənglər isə hər zaman məhsulların dizaynına uyğun olaraq dəyişə bilir, bu da Adidas-ın yaradıcı və dinamik ruhunu göstərir.

1954-cü ildə Alman Milli Futbol Komandası üçün hazırlanan “Brasil” futbol ayaqqabısı ilə Adidas ilk böyük qlobal uğurunu qazandı. 1960-cı il Roma Olimpiadasında isə iştirak edən idmançıların təxminən 75%-i Adidas geyirdi, bu da markanın idman dünyasında dominantlığını təsdiqlədi. Lakin 1970-ci illərdə Horst və Armin Dassler qardaşlar arasında başlayan rəqabət, şirkətin strateji inkişafında yeni bir dövr açdı.

Horst Dassler markanın beynəlxalq arenada genişlənməsini təmin etdi. O, Fransada Adidas Fransanı qurdu və 1980 Olimpiadasında televiziya sponsorluğu ilə idman və marketinqi birləşdirərək brendin görünürlüğünü artırdı. Horst Dassler 1987-ci ildə vəfat etsə də, onun qoyduğu strateji təməl sayəsində firma böyüməyə davam etdi.

Adidas 2005-ci ildə Reebok markasını 3.1 milyard Avroya satın alaraq beynəlxalq mövqeyini daha da gücləndirdi. 2015-ci ildə şirkət 17 milyard Avro dövriyyə və 42 min əməkdaşla fəaliyyət göstərərək həm idman dünyasında, həm də modada lider brend olaraq özünü təsdiqlədi.

İllərlə davam edən küsülülük 2009-cu ildə, 21 sentyabr Dünya Sülh Günü üçün FIFA tərəfindən təşkil edilən və hər iki şirkətin CEO-ları və əməkdaşlarının iştirak etdiyi futbol oyunu ilə sona çatdı.

Fortunamag.az 

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.