III MDB Oyunlarına hazırlıq məqsədilə test xarakterli futbol oyunu keçirilib
Qəbələ şəhər stadionunda III MDB Oyunlarına hazırlıq məqsədilə test xarakterli futbol oyunu keçirilib. Fortunamag.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, matç III MDB Oyunlarının Təşkilat Komitəsi tərəfindən təşkil olunub. Test görüşündə “Qəbələ” Futbol Klubunun aşağı yaş qruplarından olan komandalar qarşılaşıblar.
Xatırladaq ki, III MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Oyunlar çərçivəsində futbol yarışları Qəbələ şəhər stadionunda baş tutacaq.
Fortunamag.az
