III MDB Oyunları çərçivəsində stolüstü tennis yarışları başlayır.
Bu gün Qəbələ Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində stolüstü tennis yarışları başlayır.
Fortunamag.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, ilk gündə kişilər və qadınlar arasında komanda yarışları keçiriləcək. Yarışların ilk günündə finalçılar müəyyənləşəcək. Kişilərdə 1/4 finalda Rusiya və Belarus qarşılaşacaq. Bu cütün qalibi yarımfinalda Qazaxıstanla görüşəcək. Digər yarımfinalda isə Azərbaycan və Özbəkistan mübarizə aparacaq.
Qadınlarda yarışlar yarımfinal mərhələsindən start götürəcək. Özbəkistan Rusiya ilə, Belarus isə Azərbaycanla qarşılaşacaq.
Yarımfinalın qalibləri ertəsi gün finalda qarşılaşacaq, məğlub olanlar isə III MDB Oyunlarının bürünc medalçıları olacaq.
Fortunamag.az
