• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Biznes

İdxal gömrük rüsumları üzrə tarif dərəcələrinə dəyişiklik edilib

08.10.2025
Biznes, Xəbərlər
İdxal gömrük rüsumları üzrə tarif dərəcələrinə dəyişiklik edilib
Share on FacebookShare on Twitter

Fortunamag.az Azərbaycan Respublikasının Nazirlər Kabinetinə istinadən xəbər verir ki, idxal gömrük rüsumları üzrə tarif dərəcələrinə dəyişiklik edilib.

Nazirlər Kabinetinin 293 №-li Qərarına dair izah

Qərar ölkənin xarici ticarət siyasətinin tənzimlənməsi, yerli istehsalın müdafiəsi, idxal-ixrac əməliyyatlarında şəffaflıq və sabitliyi təmin etmək məqsədi daşıyır.

Dəyişikliklər əsasən beynəlxalq mal nomenklaturasının bəzi alt yarımmövqelərinə (xüsusilə ayaqqabı, qoruyucu burunaltılı ayaqqabı, şüşə və polad məhsulları) aid tarif dərəcələrinin yenilənməsi ilə bağlıdır.

Əsas məqamlar:

  •  müxtəlif növ qoruyucu (təhlükəli şəraitdə çalışan işçilər üçün əlavə qoruma təmin edən) ayaqqabıların idxalına (həmin ayaqqabılar üçün yeni mal nomenklaturu kodları təyin edilməklə) 30.06.2026 tarixinədək ayaqqabının bir cütü üçün 9 ABŞ dolları idxal gömrük rüsumu tətbiq ediləcək. Belə ki, hazırda idxal gömrük rüsumlarının dərəcələri 15 faizdir.
  •  müxtəlif kodlarla idxal edilən armaturlaşdırılmamış şüşə lövhələrin idxalının şüşənin 1 tonu üçün 31.12.2030 tarixinədək 200 ABŞ dolları təyin edilir. Belə ki, hazırda idxal gömrük rüsumlarının dərəcələri 15 faizdir.
  •  müxtəlif kodlar altında təsnif edilən armaturlar, dəmir çubuqlar üçün idxal gömrük rüsumlarının 31.12.2030 tarixinədək 15 faiz və ya 1 tonuna görə 200 ABŞ dollarından az olmamaqla təyin ediləcək. Hazırda idxal gömrük rüsumlarının dərəcələri məhsulun idxal kodundan asılı olaraq 5 və 15 faizdir.

Dəyişikliklər yerli istehsalın inkişafını dəstəkləmək, daxili bazarda rəqabət şəraitini qorumaq, eyni zamanda keyfiyyətli və təhlükəsiz məhsulların idxalını təşviq etmək məqsədi daşıyır.

Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.