• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

“iDost” xidməti tətbiq olunub

07.01.2026
Xəbərlər
“iDost” xidməti tətbiq olunub
Share on FacebookShare on Twitter

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-Sosial portalında vətəndaşlara xidmət keyfiyyətinin artırılması məqsədilə süni intellekt əsaslı “iDost” rəqəmsal köməkçi xidməti istifadəyə verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Fortunamag.az-a verilən məlumata görə, platformanın əsas səhifəsində yerləşən “iDost” bölməsi vasitəsilə vətəndaşlar saytın menyusunda axtarış aparmadan, sadəcə istəklərini yazmaqla müvafiq elektron xidmətlərə birbaşa keçid edə və ya həmin xidmətlər barədə ətraflı məlumatlana bilirlər. Məsələn, “Pensiyamı yoxlamaq istəyirəm” və ya “Elektron arayış almalıyam” kimi sorğular əsasında süni intellekt istifadəçini saniyələr ərzində uyğun xidmətə yönləndirir.

“iDost” vətəndaşların pensiya təminatı, sosial ödənişlər, əlillik, arayışların əldə olunması və digər sosial xidmətlərlə bağlı suallarını operativ şəkildə cavablandırmaq imkanına malikdir. İstifadəçilər suallarını sərbəst formada yazaraq lazımi məlumatları və xidmət linklərini əldə edə bilirlər.

Sistemin mühüm üstünlüklərindən biri vətəndaşlarla qarşılıqlı əlaqə mexanizminin mövcudluğudur. Süni intellektin təqdim etdiyi cavabların keyfiyyətinin artırılması məqsədilə xüsusi qiymətləndirmə funksiyası yaradılıb. İstifadəçilər cavabları ulduzlarla qiymətləndirə, həmçinin rəy və təkliflərini bölüşərək sistemin daha da təkmilləşdirilməsinə töhfə verə bilərlər.

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.