H&M: Uğur hekayəsi
İsveç mənşəli H&M münasib qiymətli və trendə uyğun geyimləri ilə istehlakçıların diqqətini cəlb etməyi çox yaxşı bacarır.
Fortunamag.az bildirir ki, H&M moda trendlərini yaxından izləyən və uyğun qiymət siyasəti güdən bir markadır. Bütün yaş qrupları üçün geyim və aksessuar təqdim edən H&M həmçinin ev məhsulları sahəsində də fəaliyyət göstərir. Şirkətin əsas fəlsəfəsi isə şık və münasib qiymətli məhsulları beynəlxalq bazardakı müştərilərə təqdim etmək və hazır geyim sahəsində önəmli bir oyunçu olmaqdır.

H&M-in Tarixi
H&M 1947-ci ildə Erling Persson tərəfindən İsveçin Västerås şəhərində qurulub. Şirkətin ilk adı “Hennes” idi, bu da “qadınlara aid” mənasına gəlirdi. O dövrdə marka yalnız qadın geyimləri satırdı.
1968-ci ildə isə şirkət, ov geyimləri satıran Mauritz Widforss markasını özünə daxil etdi və adı H&M olaraq dəyişdi. Beləliklə H&M həm qadın, həm də kişi geyimləri təqdim edən bir marka oldu və beynəlxalq bazara açıldı.
İlk xarici mağazaları Norveç və Danimarkada açılan H&M, sonradan İngiltərə və Danimarkada da fəaliyyətini genişləndirdi. 1973-cü ildə iç paltar satışına başlayan şirkətin reklam siması isə məşhur İsveç qrupu ABBA-nın solisti Anni-Frid Lyngstad oldu. 1980-ci illərdə şirkətin CEO-su Erling Perssonun oğlu Steffan Persson oldu və Avropadakı mağaza sayı sürətlə artdı.
1990-cı illərdə H&M, dünyaca məşhur modelləri reklamlarında istifadə etməyə başladı. Linda Evangelista, Naomi Campbell və Christy Turlington kimi ulduzlar H&M reklamlarında yer aldı və marka, moda dünyasında daha görünən oldu.
1998-ci ildə internet mağazasını açaraq, internetin ilk dövrlərindən maksimum faydalandı.

H&M-in İnkişafı və Böyüməsi
2000-ci illərə böyük bir addımla başlayan H&M, Avropa xaricində ilk mağazasını Nyu-Yorkda açdı. 5th Avenue-dakı mağaza, həmin cəbhədəki lüks geyim markaları ilə rəqabət aparsa da, H&M onları düşmən kimi görmədi və əməkdaşlıq strategiyası qurdu. Bu yolla hər iki tərəf fayda əldə etdi.
2004-cü ildə dizayner kolleksiyalarını təqdim edən marka, Chanel və Fendi kimi lüks markaların məşhur dizaynerləri ilə əməkdaşlıq etdi. Məqsəd, məhdud sayda dizayn məhsulları təqdim edərək, hər kəsin münasib qiymətlə şık geyim ala bilməsini təmin etmək idi.
O vaxtdan bəri H&M Donatella Versace, Roberto Cavalli, Stella McCartney, Alexander Wang və Rei Kawakubo (Comme des Garçons) kimi lüks markalarla əməkdaşlıq edir.
2007-ci ildə Asiya bazarına daxil olan H&M, Şanxay və Honq-Konqda ilk mağazalarını açdı. 2009-cu ildə H&M Home adı altında ev məhsulları satışına başlayan marka, ev dizaynı sahəsində də uğur qazandı.
2010-cu ildə isə şirkət, istehsal zamanı ətraf mühitə zərəri minimuma endirmək üçün tamamilə geri dönə bilən və davamlı materiallarla məhsul istehsalına başladı. Bu təşəbbüs “H&M Conscious” adı ilə təqdim edildi.

H&M və Sosial Məsuliyyət
H&M, markadan və məhsuldan asılı olmayaraq, istifadə olunmayan geyimləri gətirən müştərilərə alış-veriş zamanı endirim təklif edir. Məsələn, köhnə t-shirt və şalvarınızı H&M-ə gətirsəniz, 50 manatlıq alış-veriş üçün 10 manat endirim əldə edirsiniz.
Şirkət həmçinin Canopy adlı qeyri-hökumət təşkilatı ilə əməkdaşlıq edərək, istehsal prosesinin dünyada təhlükə altında olan meşələrə zərər verməməsinə diqqət yetirir.
H&M Foundation adlı bir fond da təsis edən şirkət, inkişaf etməkdə olan ölkələrdə həyat səviyyəsini yüksəltmək məqsədilə müxtəlif layihələr həyata keçirir.
Ən Yaxşı Qiymət, Ən Moda Geyim
H&M-in konsepti çox sadədir: ən münasib qiymət, ən keyfiyyətli məhsul. Qiymət-performans nisbətinə fokuslanan marka, qadın, kişi və uşaqlar üçün bütün geyim ehtiyaclarını bir yerdə təqdim edir. H&M reklam kampaniyalarını Stockholm mərkəzində hazırlayır, lakin regional kampaniyalar üçün xüsusi marketinq agentlikləri ilə əməkdaşlıq edir. Müxtəlif etnik və mədəni mənşəyə malik modellərlə, hər kəsə hitab edən reklamlar təqdim edir. Hətta baş örtülü model istifadə edən azsaylı qlobal geyim markalarından biridir.

Lüks Markalarla Əməkdaşlıq
H&M hər il məşhur bir lüks marka ilə əməkdaşlıq edir. Məsələn, 2011-ci ildə Versace, 2014-cü ildə isə Alexander Wang və Balmain ilə ortaq layihələr həyata keçirib. Bu kampaniyalar həm mövcud müştəri bazasını canlandırır, həm də fərqli auditoriyalara təsir edir.
900 Fərqli İş Ortağı
H&M, Zara-dan fərqli olaraq istehsalı özü həyata keçirmir. Məhsulları dünya üzrə 900 fərqli tərəfdaş tərəfindən istehsal olunur. Xüsusilə Avropa və Asiyada strateji məkanlarda istehsal, şirkətin xərclərini minimuma endirir.

Stok İdarəsi
Mağazalardakı məhsulların 80%-i stoklanır, qalan 20%-i isə mövcud trendlərə uyğun olaraq daha kiçik hissələrlə təqdim olunur. Dağıtım və logistika prosesləri üçün son texnologiya istifadə olunur. 61 ölkədə 3900-dən çox mağazası olan H&M, tədarük, istehsal və paylama proseslərini effektiv idarə edir.
Hekayə Anlatımı
H&M e-mail marketinqinə də ciddi yanaşır. Dergi formatında göndərilən e-maillərlə müştərilərə “satın al” təzyiqi göstərmir, əksinə onlara maraqlı hekayələr təqdim edir və alış-verişi motivasiya edir.
