Hindistanda dünyanın ən böyük günəş elektrik stansiyası işə düşdü

Hindistan hökuməti Racastan əyalətində dünyanın ən böyük günəş enerjisi stansiyasını istifadəyə verib.Fortunamag.az ” The Guardian “a istinadən xəbər verir ki, stansiyanın gücü 2,5 gigavat təşkil edir və bu, milyonlarla evin enerji tələbatını ödəməyə kifayətdir. Layihə Hindistanın “yaşıl enerji” proqramının əsas hissəsi hesab olunur. Stansiyada 10 milyondan çox günəş paneli quraşdırılıb. Onlar günəşin hərəkətinə uyğun olaraq istiqamət dəyişə bilir. Bu layihə ilə Hindistan kömürdən asılılığı azaltmaq niyyətindədir. Beynəlxalq ekspertlər bunu qlobal iqlim dəyişikliyi ilə mübarizədə mühüm addım adlandırırlar. Layihəyə 3 milyard dollardan çox vəsait sərf olunub. Hindistan hökuməti 2030-cu ilə qədər enerjinin 50 faizini bərpa olunan mənbələrdən əldə etməyi planlaşdırır.
Fortunamag.az