Halsey dünya turuna çıxır.
Müğənni “Back To Badlands” adlı 2025–2026 dünya turuna çıxacağını açıqladı. Fortunamag.az “NME”a istinadən xəbər verir ki, tur Avropa, Şimali Amerika və Avstraliyanı əhatə edəcək. Repertuarda albomun yubiley konsepti ilə yeni aranjimanlar yer alacaq. Pərəstişkarlar sosial şəbəkələrdə biletlərə böyük maraq göstərirlər. Turun detalları yaxın günlərdə genişləndiriləcək.
Fortunamag.az
