Həsrət Cəfərov növbəti dəfə dünya ikincisi oldu
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatına yekun vurulub. Fortunamag.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, ikinci dəfə dünya çempionatının finalına yüksələn Həsrət Cəfərov (67 kq) həlledici görüşdə iranlı olimpiya çempionu Səid Esmaili ilə qarşılaşıb. Rəqibinə minimal fərqlə (1:2) məğlub olan güləşçimiz növbəti dəfə dünya çempionatında gümüş medal qazanıb. Bu, onun böyüklər arasında 3-cü (2 gümüş, 1 bürünc) DÇ medalı olub.
Bununla da yunan-Roma güləşçilərimizin mundialda medalların sayı 4-ə çatıb. Xatırladaq ki, daha öncə Ülvü Qənizadə (72 kq) qızıl, Eldəniz Əzizli (55 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medalı boynundan asıb.
Fortunamag.az
