• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Hərbi attaşelər Bakıda

24.11.2025
Xəbərlər
Hərbi attaşelər Bakıda
Share on FacebookShare on Twitter

Cari ilin fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri üçün Milli Aviasiya Akademiyasına ziyarət təşkil edilib.

Müdafiə Nazirliyindən Fortunamag.az-a verilən məlumata görə, ziyarətdə 14 ölkənin hərbi attaşelik aparatının 17 nümayəndəsi iştirak edib.

Əvvəlcə qonaqlara Milli Aviasiya Akademiyasının yaranma tarixi, inkişaf mərhələləri, strukturu və fəaliyyəti barədə ətraflı məlumatlar verilib. Qeyd olunub ki, ötən əsrin sonlarından fəaliyyətə başlayan Milli Aviasiya Akademiyası ölkəmizin mülki aviasiya sahəsinin ixtisaslı kadrlarla təminatında mühüm rol oynayır. Akademiyada bu gün bakalavriat və magistratura səviyyələrində 3 mindən çox tələbə təhsil alır.

Qonaqlara təhsil ocağında aviasiya sahəsində böyük təcrübəyə malik peşəkar pilotların, dispetçerlərin, mühəndislərin və ixtisaslaşmış mütəxəssislərin tədris və təlimlərdə iştirakı barədə məlumat verilib. Eyni zamanda Akademiyada elmi tədqiqatlar, mühəndislərin və tələbələrin yaradıcılıq fəaliyyəti haqqında məlumat təqdim olunub.

Daha sonra hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.

Ziyarət çərçivəsində qonaqlar Akademiyanın Təlim Mərkəzində uçuşları tam imitasiya edən simulyatorların işini müşahidə ediblər. Həmçinin hərbi attaşelər təhsil müəssisəsinin ərazisində, Elm-İstehsalat Birliyində, Aviasiya Tarixi Muzeyində, kitabxanada, laboratoriyalarda, idman kompleksində və tədris korpuslarındakı auditoriyalarda olub, tələbələrlə keçirilən tədris prosesini izləyiblər.

Sonda birgə xatirə fotosu çəkilib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.